Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov 29 may tarixində Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır. Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni…

Daha çox

İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 29-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.28% – 42,215.73 bəndədək, S&P 500 indeksi 0.40% – 5,912.17 bəndədək, Nasdaq indeksi isə 0.39% – 19,175.87 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 29-da FTSE 100 indeksi 0.11% – 8,716.45 bəndədək, Almaniyanın DAX indeksi 0.44% – 23,933.23 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.11% – 7,779.72 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.19% azalaraq 1.1348 dollar təşkil edib.

Daha çox

Sabunçunun bəzi ərazilərində qaz kəsiləcək

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Tramp onları əfv etdi

ABŞ Prezidenti Donald Tramp vergidən yayınmaqda təqsirli bilinərək həbs edilən “Chrisley Knows Best” realiti-şousunun ulduzları Todd və Culi Krislini əfv edib. SİA xəbər verir ki, bu barədə “People” məlumat yayıb. Tramp cütlüyün uşaqları ilə telefon danışığında onların cəzasının çox sərt olduğunu düşündüyünü deyib. O, onların tezliklə həbsdən çıxmasına çalışacağını da əlavə edib. Qeyd edək ki, Krislilər 2022-ci ildə vergidən yayınmaqda və icma banklarını fırıldaq etmək üçün sui-qəsddə təqsirli biliniblər. Todd 12 il, Culi isə 7 il həbs cəzasına məhkum edilib, lakin sonradan hər ikisinin cəzası azaldılıb.

Daha çox

İngiltərədə növbəti on il ərzində içməli su qıtlığı yarana bilər

İngiltərədə növbəti on il ərzində yeni su anbarları tikilməsə, içməli su qıtlığı yarana bilər. SİA BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın su məsələləri üzrə naziri Emma Hardi xəbərdarlıq edib. Nazirin açıqlaması hökumətin iki yeni su anbarı layihəsinin planlaşdırılma prosesini sürətləndirdiyini elan etdiyi vaxtda gəlib. Kembricşir bölgəsindəki Fens və Linkolnşir bölgəsindəki digər anbarla bağlı yekun qərarları yerli orqanlar deyil, birbaşa ətraf mühit naziri Stiv Rid verəcək. Hökumət bu dəyişikliyi bürokratik əngəllərin azaldılması və planlaşdırma prosesinin sürətləndirilməsi kimi dəyərləndirir. Lakin yerli etirazların nəzərə alınmaması narazılıq yarada bilər və bu…

Daha çox