Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi. Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edildi. Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO…
Daha çoxDay: May 30, 2025
Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır
“Gecə Muzeyləri” layihəsi yeni mövsümə start verir – tarix indi işıqlar altında canlanır Türkiyə öz zəngin mədəni irsini artıq yalnız gündüz saatlarında deyil, gecələr də ziyarətçilərin üzünə açır. SİA xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və keçən il böyük maraqla qarşılanan “Gecə Muzeyləri” layihəsi iyun ayında yeni mövsümə başlayır. Layihə çərçivəsində İzmirdəki Efes, Denizlidəki Hierapolis (Pamukkale) kimi əhəmiyyətli tarixi məkanları 395 mindən çox insan ziyarət edib. Bu yay isə ölkə üzrə 25 tarixi abidə işıqlandırılaraq gecə saatlarınadək açıq olacaq. Bu təşəbbüs, tarix və turizmi daha əlçatan…
Daha çoxFHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır. Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından…
Daha çoxGəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlər tətbiq oluna bilər
Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın London şəhərində keçirilən Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin (NCSR) 12-ci sessiyasında gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi müzakirə olunub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir. Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib. Sessiya çərçivəsində texniki və normativ məsələlər müzakirə edilib və müvafiq qərarlar, tövsiyələr hazırlanaraq təqdim olunub. Beynəlxalq tədbirdə gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi, GPS və digər peyk…
Daha çoxBakıda orta aylıq əməkhaqqı 1350 manatı ötüb
2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1357,3 manat təşkil edib. Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib.
Daha çoxAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar və ya 0,93 faiz azalaraq 67,15 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Daha çoxHərbi attaşelər Naxçıvana səfər edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvana səfəri təşkil edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib. Səfər çərçivəsində…
Daha çoxXocalının iki kəndində əkin üçün müraciətlərin qəbuluna başlanılır
Bu gündən başlayaraq Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ballıca və Xanyurdu kəndlərində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi iyunun 30-u günün sonunadək davam edəcək. Ballıca və Xanyurdu kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər…
Daha çoxİlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib – FOTOLAR
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib – FOTOLAR
Daha çoxYayda da istixanada məhsul yetişdirilir: səbəb nədir?
“Yay aylarında bəzi kənd təsərrüfatı bitkilərinin istixana şəraitində (örtülü konstruksiyalarda) yetişdirilməsi günümüzdə getdikcə daha çox yayılır. Bu üsul, açıq sahədə becərmə ilə müqayisədə bir sıra üstünlüklərə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Məqsəd, ilk növbədə bitkiləri xarici zərərvericilərdən və iqlim təsirlərindən qorumaq, eyni zamanda məhsuldarlığı artırmaqdır. Yayda açıq sahədə becərilən bitkilər tez-tez aşağıdakı risklərlə üzləşirlər: • Küləmə, tozlaşma və göbələk xəstəlikləri; • Ziyanvericilər (xüsusilə də tırtıllar, ağ milçəklər və digər zərərli həşəratlar); • Sıx yağışlar, güclü küləklər və…
Daha çox