Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 303,2 manat təşkil edib. Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.