Mayın 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.58% – 42,098.70 bəndədək, S&P 500 indeksi 0.56% – 5,888.55 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,100.94 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 0.59% – 8,726.01 bəndədək, Almaniyanın DAX indeksi 0.78% – 24,038.19 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.49% – 7,788.10 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.40% artaraq 1.1247 dollar təşkil edib.