Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynaya təcavüzünün müasir hərbi tarixdə ən böyük strateji və taktiki səhvlərdən biri olduğunu deyib.
SİA-nın məlumatına görə, o, CNN-ə müsahibəsində vurğulayıb ki, Moskva Ukraynanın döyüş qabiliyyətini ciddi şəkildə qiymətləndirməyib, amma ordusunu həddən artıq qiymətləndirib.
Putin Qərbin birliyini də düzgün qiymətləndirməyib.
Stubb bildirib ki, Finlandiya sərhəddə rus qoşunlarının toplanması fonunda sakitliyini qoruyur, lakin vəziyyəti diqqətlə izləyir.
…Biz hər şeyə nəzarət edirik. Rusiyanın həmişə sərhədimizə yaxın bazaları olub, bu, normal fəaliyyətdir…
…Finlandiya 2023-cü ildə Ukraynada müharibənin başlamasından sonra NATO-nun 31-ci üzvü oldu.
Ölkə İsveçlə birlikdə Rusiyadan gələn təhlükəni əsas gətirərək ərizə təqdim edib.
Alyansa qoşulmaqla NATO-nun Rusiya ilə quru sərhədi faktiki olaraq ikiqat artıb, bu da 1340 km-dir.
Stubb qeyd edib ki, Finlandiyada məcburi hərbi xidmət sayəsində 900 minə qədər hərbçi ehtiyatda olan Avropanın ən güclü ordularından birinə malikdir və həmçinin ən son F-35 qırıcılarından 64-ü alıb.
…Ukraynaya hücum olmasaydı, Finlandiya NATO-ya üzv olmazdı: Putin istədiyindən tam əks nəticə əldə etdi.
Bunu da Finlandiya prezidenti əlavə edib.
Əli Babayev