Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Müstəqillik Günün mübarək Azərbaycan! Ukrayna strateji tərəfdaşlığımızı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi qiymətləndirir. Azərbaycan xalqına sülh, rifah və birlik arzulayıram”, – paylaşımda vurğulanıb.
Daha çoxDay: May 28, 2025
Laçın Beynəlxalq Hava Limanının strateji önəmi var
Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun şöbə müdiri Aqil Əsədov sözügedən aerroportun açılışını şərh edərkən bildirib. “Laçın şəhəri həm Ermənistanla sərhədə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, regionda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini verəcək”, – deyə o qeyd…
Daha çoxLaçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir. SİA-nın verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək…
Daha çoxEstoniya XİN Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib
Estoniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki rəsmi səhifəsində paylaşım edilib. “Müstəqillik Gününü qeyd edən Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib.
Daha çox28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş direktorluğunun rəisi Luis Fonseka Sançez, nazirliyin digər yüksək vəzifəli diplomatları, habelə müxtəlif dövlət qurumlarının struktur vahidlərinin rəhbərləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra beyin mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər…
Daha çoxLaçın Beynəlxalq Hava Limanının açılışı olub
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lenti kəsdilər. Dövlət başçılarına aeroportun simvolik açarları təqdim olunub.
Daha çoxAzərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,12 bənd az, ötən il mayın 1-nə nisbətən isə 0,01 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə…
Daha çoxİtaliya səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
İtaliyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İtaliyanın Bakıdakı səfirliyi dost Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir”, – paylaşımda bildirilib.
Daha çoxTürkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Daha çoxAzərbaycan və Pakistan arasında hərbi sahədə protokol imzalanıb
Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb. Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir…
Daha çox