Baş nazir Azərbaycan və Türkiyə prezidentlərinə dəstəyə görə minnətdarlığını bildirib

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə Pakistana dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib. SİA xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb. “Bugünkü dünyamızda ciddi çağırışlar, iqtisadi böhranlar, siyasi çağırışlar mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var. Siz dağ kimi arxamızda dayanmısınız. Biz sülh və ədaləti həmişə üstün tutacağıq. Zamanın sınağından keçmiş münasibətimiz xalqıarımızın rifahına xidmət edəcək. Bu görüş isə bizə siyasi zərurət verir və qarşılıqlı maraq doğuran…

Daha çox

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir. SİA xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib. Azərbaycan xalqının öz azadlığı uğrunda çox ciddi mübarizə apardığını xatırladan Pakistanın Baş naziri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdıran Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, PKK məsələsinin həlli qardaş ölkənin Prezidentinin diplomatik məharətini nümayiş etdirir.

Daha çox

Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması qürurvericidir

Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur. SİA xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə səsləndirib. “Biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq”, – deyə Pakistanın Baş naziri vurğulayıb.

Daha çox

28 May ruhumuzda daim alovlansın və yolumuzu işıqlandırsın!

Bəli, bu müstəqillik cəmi 23 ay davam etdi. Tarixin sərt sınaqları, xarici müdaxilələr və daxili təlatümlər bu gənc respublikanın yolunu yarımçıq qoydu. Lakin o 23 ay, Azərbaycan xalqına gələcək nəsillərə ötürüləcək müqəddəs bir miras, azadlıq ruhu və hüquqi düşüncə bəxş etdi. O günlərdə atılan demokratik təməl daşları – qadınlara seçki hüququ verilməsi, milli parlamentin yaradılması, hüququn üstünlüyünün elan olunması – regionda görünməmiş bir yenilik idi. Ancaq müstəqillik heç zaman bir dəfəlik verilən nemət deyil; o, bəzən əldən alınır, sınağa çəkilir və yenidən bərpa olunur: “Məhz 1992-ci ildə Ulu Öndər Heydər…

Daha çox

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15% artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 898,8 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur. Kredit qoyuluşunun 20 milyard 775,3 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,6 % çoxdur. Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 321,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 18,1 % çoxdur. İl ərzində dövlət…

Daha çox

Bakının Xəzər rayonunun bir hissəsində qaz kəsiləcək

Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, fasiləyə səbəb Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləridir.

Daha çox

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “28 may 1918-cı ildə Azərbaycan müstəqilliyini əldə etməklə Şərqin ilk demokratik respublikasını qurdu. Bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd etməyə çox şadam. Müstəqilliyiniz əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz”, – səfir yazıb.

Daha çox

Azərbaycan süd və qaymaq idxalını 34%-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5 min 880 ton süd və qaymaq idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 9 milyon 402 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 480 ton (33,6 %), dəyər baxımından isə 2 milyon 615 min ABŞ dolları (38,5 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Daha çox