Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 198 min 838 ton meyvə-tərəvəz idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 142 milyon 720 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10 min ton (5,2 %), dəyər baxımından isə 16 milyon 233 min ABŞ dolları (12,8 %) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,75 %-ni təşkil edib. 4 ay ərzində Azərbaycan 207 milyon 71 min ABŞ dolları dəyərində 175 min 663 ton meyvə-tərəvəz ixrac edib.…

Daha çox

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində geniş coğrafiyanın enerji xəritəsi dəyişib

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə söyləyib. “Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır”, – deyə dövlət başçısı əlavə edib.

Daha çox

Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olunub

28 May – Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəxsi heyətin, ictimaiyyət və Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Müstəqillik Günü münasibətilə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, həmçinin müxtəlif…

Daha çox

Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 9 min 323 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağların idxal dəyəri 65 milyon 474 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 387 ton (17,4 %), dəyər baxımından isə 24 milyon 499 min ABŞ dolları (59,7 %) çoxdur. Hesabat dövründə kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7%- ni təşkil edib.

Daha çox

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib. “Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir”, – deyən Azərbaycan Prezidenti bu tarixi hadisə münasibətilə qardaş…

Daha çox

Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 10 %-dən çox artıb

Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 433,5 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəli ilə müqayisədə 2,9 %, ötən ilin eyni dövrünə nisbətən 10,4 % çoxdur. Bunun 56,1 %-i, yaxud 23 milyard 230,1 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,1 % çoxdur. İl ərzində ev təsərrüfatlarının əmanətləri 10 % artaraq 14 milyard 853 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,3 % artaraq 3 milyard 350,4 milyon manata çatıb. Hesabat dövründə…

Daha çox

Türkiyə Prezidenti Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, Türkiyə Prezidenti bunu Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan iqtisadi və strateji əlaqləri genişləndirir. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb və regionun qalıcı sülhə sahib olacağına inanırıq. Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm”, – o qeyd edib.

Daha çox

Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilir

-Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan. Hörmətli Pakistan Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif. Əziz dostlar. Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz. Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü…

Daha çox

Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir

Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir. SİA xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb. O çıxışında Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. “Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə…

Daha çox