Pakistan regionda sülh və firavanlığı təşviq edir. SİA xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib. Baş nazir əlavə edib ki, Pakistan nə qədər sülhpərvər olsa da, hücuma məruz qaldıqda buna adekvat cavab verəcək gücdədir: “Hindistana qarşı da bunu etdik və düşmən təyyarələrini vuraraq ona dərs verdik”.
Daha çoxDay: May 28, 2025
11 dəqiqə ölü olan qadın cənnət və cəhənnəmdə nə gördüyünü danışır…
Amerikanın Kanzas ştatının 68 yaşlı sakini Şarlotta Holms klinik ölümü zamanı cənnət və cəhənnəmi ziyarət etməyi bacardığını iddia edir. SİA xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. Qadın dedi ki, ürəyi 11 dəqiqə dayandıqdan sonra ətrafda baş verənləri müşahidə edərək, o cümlədən öz bədənini kənardan görərək heyrətamiz bir “səyahət” yaşayıb. Holms deyir ki, o, gözəl çiçəklər qoxusunu, mənzərəli mənzərələri görüb və ovsunlu musiqilər eşidib. Qadın cənnətdə olduğunu başa düşüb. O, mələklər tərəfindən idarə olunub və ölən qohumları, müqəddəsləri və Tanrını parlaq işıq şəklində görən yalnız saf sevinc yaşayıb.…
Daha çoxAzərbaycanın Müstəqillik Günü Ər-Riyadda da qeyd edilib
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, paytaxt Ər-Riyadda keçirilən rəsmi qəbulda fəxri qonaq qismində Ər-Riyad Əmirliyinin katibi şahzadə Feysəl bin Əbdüləziz bin Ayyaf iştirak edib. Qəbulda həmçinin Səudiyyə Ərəbistanının dövlət və hökumət qurumlarının nümayəndələri, XİN-in yüksək vəzifəli şəxsləri, nazir müavinləri, işgüzar dairələrin təmsilçiləri, akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının və…
Daha çoxAzərbaycanın Müstəqillik Günü Qırğızıstanda da qeyd olunub
Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. SİA xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Qəbulda səfir Lətif Qəndilov çıxış edərək bildirib ki, 107 il əvvəl 1918-ci ildə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq müsəlman şərqində yaranmış ilk demokratik, dünyəvi dövlət Azərbaycan Demokratik Respublikasının (ADR) təməlini qoyub. Cəmi iki ilə yaxın mövcud olmasına baxmayaraq, ADR Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutub. Qısa müddət ərzində parlament seçkiləri keçirilmiş, hökumət yaradılmış, dövlət atributları, bayraq, himn təsis edilib və respublikanın beynəlxalq münasibətlər sisteminin…
Daha çoxDövlət rəhbərləri Laçın şəhərində seyrəngahda olublar
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi. Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə…
Daha çoxQuam sahillərində zəlzələ baş verib
Sakit okeanda Quam adasının sahillərində zəlzələ baş verib. SİA-nın məlumatına görə, RİA Novosti bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir. Bildirilir ki, yeraltı təkanların gücü 5,8-ə çatıb. Zəlzələnin ocağı İnaracan qəsəbəsindən 51 kilometr cənub-cənub-şərqdə, ocağı isə 59 kilometr dərinlikdə yerləşib. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, Quam Sakit Okeanın qərbində, Mikroneziyada bir adadır və ABŞ-ın ən qərb ərazisidir. Bundan əvvəl Meksikada güclü zəlzələ baş verib. Nazlı Almuradova
Daha çoxAzərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib
Azərbaycanın Litvadakı səfirliyi 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib. SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbirdə Litva hökuməti və Xarici İşlər Nazirliyinin nümayəndələri, baş prokuror Nida Qrunskiene, Litva Seyminin, o cümlədən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri və üzvləri, ictimai-siyasi xadimlər, Vilnüsdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Litva və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev 1918-ci ildə Şərqdə yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin…
Daha çoxPutin istədiyindən tam əks nəticə əldə etdi…
Ukraynaya hücum olmasaydı, Finlandiya NATO-ya üzv olmazdı… Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynaya təcavüzünün müasir hərbi tarixdə ən böyük strateji və taktiki səhvlərdən biri olduğunu deyib. SİA-nın məlumatına görə, o, CNN-ə müsahibəsində vurğulayıb ki, Moskva Ukraynanın döyüş qabiliyyətini ciddi şəkildə qiymətləndirməyib, amma ordusunu həddən artıq qiymətləndirib. Putin Qərbin birliyini də düzgün qiymətləndirməyib. Stubb bildirib ki, Finlandiya sərhəddə rus qoşunlarının toplanması fonunda sakitliyini qoruyur, lakin vəziyyəti diqqətlə izləyir. …Biz hər şeyə nəzarət edirik. Rusiyanın həmişə sərhədimizə yaxın bazaları olub, bu, normal fəaliyyətdir… …Finlandiya 2023-cü ildə Ukraynada müharibənin başlamasından…
Daha çoxZakir Həsənov Yaşar Güler ilə görüşüb…
Azərbaycan və Türkiyə müdafiə nazirləri iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafını müzakirə ediblər Mayın 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və…
Daha çoxMərkəzi Bank dollar və avronun məzənnəsini aşağı salıb
Rusiya Mərkəzi Bankın (MB) rəhbərliyi dollar və avronun rəsmi məzənnələrini aşağı salıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Rusiya tənzimləyicisinin saytında dərc olunan məlumatlar sübut edir. Amerika valyutası mayın 29-da cümə axşamı günü 79,6 rubl, Avropa valyutası isə 90,3 olacaq. Müqayisə üçün qeyd edək ki, çərşənbə günü 28-də dolların rəsmi məzənnəsi 79,62 rubl, avro isə 90,9 səviyyəsində olub. Beləliklə, birinci valyuta üzrə kotirovkalar təxminən iki qəpik, ikincisi isə 56 qəpik azaldılıb. Yuanın rəsmi məzənnəsi isə öz növbəsində beş qəpik aşağı salınıb – 11,1 rubldan 11,05 rubla. Rublun dollara…
Daha çox