…Belarus qeyri-dost siyasət yürüdən ölkələrdən idxala, eləcə də kartof, soğan, təzə kələm və alma kimi məhsulların daxili satışına yaşıl işıq yandırıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ölkənin baş naziri Aleksandr Turçin müvafiq sərəncam imzalayıb. Hökumət bu qərarın Avropa Parlamentinin 22 may 2025-ci ildə Belarusdan Avropa İttifaqı ölkələrinə kənd təsərrüfatı mallarının idxalına gömrük rüsumlarının artırılması təşəbbüsünün təsdiqinə cavab olduğunu vurğulayıb. Bununla əlaqədar, Belarus hakimiyyəti bütün Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla, dost olmayan ölkələrdən gələn kartof, soğan, təzə ağ kələm…
Daha çoxDay: May 28, 2025
Azərbaycanın Müstəqillik Günü Bağdadda qeyd olunub
Azərbaycanın İraqdakı səfirliyi tərəfindən Bağdadın “Babylon Rotana” otelində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, tədbirdə İraqın dövlət və hökumət üzvləri, bu ölkədəki səfirlərin, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, türkmən soydaşlarımız, jurnalistlər iştirak ediblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə çıxış edərək 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Müvəqqəti işlər vəkili 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü…
Daha çoxAzərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb
Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim öz haqq işini aparıb: “Biz güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Bu, bizi qələbəyə aparan amildir. Bununla bərabər, gənc nəsli vətənpərvər ruhda yetişdirərək qələbəmizi şərtləndirdik”.
Daha çoxBu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı) yeni səhifəsi açılır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib. “Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, – deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı vurğulayıb: “Bizim gücümüz birlikdədir. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”
Daha çoxİsveçrənin ABŞ-a saat ixracı 2,5 dəfə artıb…
Trampın təhdidlərinə görə… …ABŞ-ın yeni tarifləri hədələməsi ilə İsveçrə saatlarının ixracı artır. SİA-nın məlumatına görə, bu barədə Bloomberg yazır. Ümumi tədarüklər təxminən iki yarım dəfə artmış ABŞ-a ixracın artması sayəsində beşdə bir artıb. İsveçrə Saat Sənayesi Federasiyası istehsalçının ən böyük bazarı olan ABŞ-da ixracın 149 faiz artdığını bildirib. Bu, ayda ümumi tədarükləri 18 faiz və ya təxminən beşdə biri artıraraq 2,5 milyard İsveçrə frankı – təxminən 3 milyard dollara çatdırıb. Lakin ABŞ-a ixracı nəzərə almasaq, dinamika fərqlidir: dünyanın qalan hissəsində tədarüklər 6,4 faiz azalıb. İsveçrənin…
Daha çoxAzərbaycanın Müstəqillik Günü Qarsda da qeyd edilib
Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir ölkəmizin Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunub. Qars valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Şenger, baş prokuror Mehmet Çepni, Qafqaz Universitetinin rektorluğunun nümayəndələri və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri də daxil olmaqla tədbir iştirakçıları qardaş ölkələrin dövlətçiliyinin formalaşmasında və inkişafında xidmətləri olan Azərbaycan və Türkiyə övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxış edərək iki qardaş ölkənin dövlətçiliyinin inkişafında Ümummilli Lider Heydər…
Daha çoxArtıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın qələbəsi geosiyasi vəziyyəti dəyişdi və yeni reallıqlar yaratdı: “Birgünlük antiterror əməliyyatımız isə suverenliyimizi bərpa etdi və ərazilərimizdə separatizmin kökünü tamamilə kəsdi. Bu gün bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəsində 43 min insan yaşayır və çalışır. İşğaldan azad olunan ərazilərə həyat qayıdıb. Biz Ermənistan ordusunu məğlub etdik…
Daha çoxAzərbaycanın Müstəqillik Günü Bratislavada təntənəli qeyd olunub
Slovakiyanın paytaxtı Bratislavada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Slovakiyadakı səfirliyinin və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şuranın (parlament) sədri Rixard Raşi, Baş nazirinin müavini – ətraf mühit naziri Tomaş Taraba, Slovakiya Respublikası Prezidentinin Ofis rəhbəri Peter Vodraşka, Slovakiya parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan…
Daha çoxƏrdoğan Laçında Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib. SİA xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən əvəvl çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” – deyib. Türkiyə liderinin “Azərbaycan” şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik: “El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim,…
Daha çoxBelarusda ilk olaraq 24 mərtəbəli bina tikilib…
Özü də ölkənin əyalət şəhərində… …Belarusda 24 mərtəbəli panel ev nəhayət tamamlanıb. Qeyd edək ki, bu, ölkə üçün rekorddur. Çünki bu ölkədə bu hündürlükdə bina hələ ki, yox idi. SİA-nın məlumatına görə, Belarusda belə binalar maksimum 14 mərtəbəli tikilirdi, lakin bu, ilk 24 mərtəbəli bina oldu. Özü də bina paytaxt Minskdə deyil, Qomeldə tikilib. Onu da qeyd edək ki,binanın tikintisi 2023-cü ilin mayında başlamışdı. Bu, 152M standart seriyasına uyğun olaraq tikilən üç yeni evdən birincisidir, Bina 184 mənzildən ibarət olacaq: • bir otaqlı mənzillər –…
Daha çox