Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. SİA xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans…
Daha çoxDay: May 28, 2025
Sarayevoda miqrant düşərgəsində atışma olub, 6 nəfər yaralanıb
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib. SIA xəbər verir ki, təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan biri Pakistan, digər beş nəfər isə Əfqanıstan vətəndaşıdır. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.
Daha çox