Kral Çarlz Kanadada parlamentin açılışında çıxış edib

Böyük Britaniya Kralı III Çarlz Kanadada parlamentinin yeni sessiyasının açılışı münasibətilə rəsmi nitqlə çıxış edib. SİA BBC-yə istinadla xəbər verir ki, o, bu nitqi Baş nazir Mark Karninin hökuməti tərəfindən hazırlanmış mətn əsasında səsləndirib. Çıxışında Kral, Kanada ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan yeni iqtisadi və təhlükəsizlik münasibətlərinin qurulacağını və bunun hər iki suveren dövlətin maraqlarına xidmət edəcəyini bildirib. O əlavə edib ki, Kanada hökuməti ticarət müharibələrinin yaratdığı çətinliklərə sadəcə tab gətirməklə kifayətlənməyəcək, əksinə bu dövrdən daha güclü çıxmaq üçün yeni bir inkişaf dövrünün əsasını qoyacaq. Nitqinin sonunda Kral Çarlz…

Daha çox

“SpaceX” dünyanın ən böyük raketini kosmosa göndərdi

İlon Maskın “SpaceX” şirkəti doqquzuncu sınaq uçuşunda kosmosa “Starship” kosmik gəmisinin prototipini daşıyan raket göndərib. SİA xəbər verir ki, raketin buraxılma anı qurumun “X” sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb. Raket dünən saat 19:36-da (28 may Bakı vaxtı ilə 03:36) ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan buraxılıb. Əvvəlki iki buraxılış, mart və yanvar aylarında gəmilərin itməsi ilə başa çatıb. Bu dəfə şirkət “Starship”in işini yaxşılaşdırmaq üçün bir neçə eksperiment aparmaq və “Starlink” rabitə peyklərinin səkkiz simulyatorunu orbitə çıxarmaq niyyətindədir. “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarət təkrar istifadə edilə bilən…

Daha çox

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. SİA xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli…

Daha çox

Liverpulda kütlənin üzərinə avtomobil sürən şəxs saxlanılıb

Liverpulda avtomobili kütlənin üzərinə sürən şəxslə bağlı cinayət işi açıb. SİA BBC-yə istinadla xəbər verir ki, polis hadisə ilə əlaqədar 53 yaşlı kişinin saxlanıldığını bildirib. Ona qarşı qəsdən adam öldürməyə cəhd, narkotik təsiri altında avtomobil idarəetməsi və təhlükəli sürücülük ittihamları irəli sürülüb. Şübhəli şəxsin Liverpulun Vest Derbi bölgəsindən olduğu bildirilir. Polis hadisənin terrorla bağlı olmadığını təsdiqləyib. Qeyd edək ki, mayın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı bir sürücü avtomobilini azarkeşlərin üzərinə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 50-dən çox şəxs…

Daha çox

Budapeştdə beynəlxalq kiberturnir keçiriləcək

“Star-Ledder” elektron idman turnirlərinin təşkilatçısı Budapeştdə “Counter-Strike-2” turniri keçirəcək. SİA bu barədə paytaxt rəsmilərinə istinadla xəbər verir. Baş nazirin müşaviri Jolt Nitray bildirib ki, Budapeştdəki “MVM Dome” stadionunda dörd günlük pley-off mərhələsində yekunlaşacaq turnirin keçirilməsi barədə elan Macarıstan üçün kiberidman sahəsində “irəliyə böyük addım” və ölkənin beynəlxalq imicini yüksəltmək üçün “fantastik fürsət”ə çevrildi. Mükafat fondu 1,25 milyon ABŞ dolları olan turnir noyabrın 24-dən dekabrın 14-dək davam edəcək. Hesabatda bildirilir ki, Budapeştdə gündə 65-220 avro xərcləyəcək 40 minə yaxın turistin cəlb olunacağı gözlənilir. “Star-Ledder”in macar tərəfdaşı olan “Esport1”in əməliyyat fəaliyyətinə məsuliyyət…

Daha çox

Beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu konfransların ardıcıl şəkildə Azərbaycanda keçirilməsinin xarici təşkilatçılar tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, fərqli ölkələrdən gələn nümayəndə heyətləri, ekspertlər, ictimai, humanitar təşkilatların nümayəndələri konfransın əhatə dairəsini genişləndiriblər. “Bu proses artıq təşəbbüsdən təşkilatlanmış hərəkata çevrilib. Biz birlikdə və sistemli şəkildə yeni layihələr həyata keçirməyi hədəfləyirik”, – deyə Rəvan Həsənov bildirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin…

Daha çox

Azərbaycan Prezidenti Pakistanın Baş naziri ilə Laçında görüş keçirilib

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğuladı. Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin…

Daha çox

Qadınlarda gözlənilməz xərçəng risk faktoru aşkarlanıb..?

…Orta hava istiliyinin artması qadın xərçəngi riskinin artması ilə əlaqələndirilə bilər. “Frontiers in Public Health” jurnalında dərc edilən bir araşdırma, temperaturun hətta kiçik artımlarının döş, yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçənginə yoluxma və ölüm hallarının artması ilə əlaqəli olduğunu göstərib. Xüsusilə yüksək göstəricilər həddindən artıq isti iqlimi olan ölkələrdə müşahidə olunur. SİA-nın məlumatına görə, tədqiqatçılar 1998-2019-cu illər arasında Qətər, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Yaxın Şərq və Şimali Afrikanın 17 ölkəsindən alınan məlumatları təhlil ediblər. Hər əlavə 1°C üçün 280-ə qədər yeni xəstəlik halı və 100.000 nəfərə 332-yə…

Daha çox