Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alır. SİA xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib. O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezident iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000manatdır: “Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların heç bir dəstək olmadan təmin olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlarda dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində…

Daha çox

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub. SİA xəbər verir ki, müharibə şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına riayət olunmaqla Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko, deputatlar, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, universitet rektorları, diaspor fəalları və soydaşlarımız iştirak ediblər. Qəbul Azərbaycanın və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 107-ci il əvvəl, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə bütün…

Daha çox

Laçında məskunlaşan sakinlərin sayı açıqlanıb

Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb. SİA xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib. Məlumata görə, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq. H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır: “Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır”.

Daha çox

Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, qəbulda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, 107 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Demokratik Respublikasının (ADR) əsasının qoyulduğunu bildirib. Qeyd edib ki, ADR-in yaranması imperiyaların çökdüyü təlatümlü bir dövrə təsadüf edib. Böyük daxili və xarici çağırışlara baxmayaraq, Azərbaycan Demokratik Respublikası səmərəli dövlət institutları yaratmağa, insan hüquqlarının təmin edilməsinə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa nail olub. Səfir qeyd edib ki, Azərbaycanın müstəqilliyi məhz Paris Sülh Konfransında de facto tanınıb.…

Daha çox

ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir

ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. “Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, – deyə Rubio əlavə edib. Onun sözlərinə görə, son…

Daha çox

Daha bir ölkədə evtanaziya qanuniləşdi

Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, bu barədə “France-24” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq. Məlumata görə, evtanaziyadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Fransa səhiyyə naziri Ketrin Votrin qanun layihəsinin 2027-ci il prezident seçkilərinə qədər qüvvəyə minəcəyini bildirib. Qeyd edək ki, hazırda evtanaziya Kanada, Belçika, Portuqaliya, İspaniyada, Lüksemburq və Niderlandda qanunidir.

Daha çox

ABŞ-dan Ukrayna ilə bağlı çağırış

Ukrayna münaqişəsinin tərəfləri gərginliyin daha da artmasına yol verməməli və sülh yolu ilə nizamlanması üçün danışıqlar aparmalıdırlar. SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib. “Biz tərəfləri təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırırıq. Biz Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə davam edirik. Prezident Donald Tramp ədalətli, davamlı sülhə gətirib çıxaracaq istənilən mexanizmi dəstəkləyir”, – Bryus qeyd edib.

Daha çox

Venesiyada ilk dəfə elektrikli su taksisi fəaliyyət göstərəcək

Venesiyada ilk dəfə olaraq tam elektriklə işləyən su taksisi fəaliyyət göstərəcək. SİA xəbər verir ki, “Lucietta” adlı qayıq 29 may – 2 iyun tarixlərində Venesiyada keçiriləcək qayıq şousunda təqdim olunacaq. “Lucietta”nın dizaynerləri qayığın Venesiyada elektrikli şəhər hərəkətliliyinin yeni paradiqmasını, eyni zamanda, ənənə ilə yenilik arasındakı tarazlığı təmsil etdiyini bildirirlər. İlk elektrikli su taksisi, həmçinin 27 avqust – 6 sentyabr tarixlərində keçiriləcək 82-ci Venesiya Film Festivalının zamanı aktyorların tarixi şəhərdən Lido adasına çatdırılmasında əsas olacaq.

Daha çox