Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Bolqarıstan 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir”, – paylaşımda vurğulanıb.
Daha çoxDay: May 28, 2025
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları, yaxud 1,9 % azalaraq 66,43 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,26 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,3 ABŞ dolları və yaxud 1,9 % azalaraq 65,15 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxhüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda konfrans keçirilib
Mayın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya: hüquqi və demokratik islahatların mənbəyi, suverenliyin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Heydər Əliyev Muzeyində olan ziyarətçilərə Ümummilli Liderin irsinin dəyərli nümunələrindən ibarət…
Daha çoxAzərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,5 bənd az, ilin əvvəli ilə müqayisədə 4,8 bənd az, ötən il mayın 1-nə nisbətən 0,4 bənd azdır. Bu il aprelin sonuna manatın real effektiv məzənnəsi isə 118,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 6,4 bənd az, ötən il aprelin sonuna nisbətən 3,1 bənd azdır.
Daha çoxMehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”
Daha çoxAzərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 20-yə çatıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya olunmuş fiziki şəxslərin yeni siyahısını açıqlayıb. SİA xəbər verir ki, siyahıya daha 18 nəfər əlavə olunub. Onlara bu ilin fevral, aprel və may aylarında 5 illik attestatlar təqdim olunub. Attestasiya olunmuş yeni şəxslər Cəfərli Məmməd Qardaşxan oğlu, Fərmanlı Münəvvər Əli qızı, Yusifova Pakizə Müseyib qızı, Abdullayev Elvin İslam oğlu, Abbasov Məhərrəm İsmayıl oğlu, Məmmədli İsmayıl Rəşid oğlu, Əzizov Əziz Məhəmməd oğlu, Məmmədov Müşviq Maşalla oğlu, Abbaszadə Nurlan Nobil oğlu, Seyidov Vüqar Ərəstun oğlu, Mahmudov Konstantin Yuryeviç,…
Daha çoxPolşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, rifah arzulayır və ən xoş diləklərini çatdırır. Müstəqillik Gününüz mübarək”, – paylaşımda vurğulanıb.
Daha çoxNiderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib
Niderlandın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Müstəqillik Gününüz mübarək! Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq”, – paylaşımda vurğulanıb.
Daha çoxQəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək
Qəbələ rayonunun Nohurqışlaq kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, kənd ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D=108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur Ağalar oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar mayın sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nohurqışlaq kəndində 350 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz…
Daha çox28 May – Müstəqillik Günü Berndə qeyd edilib
İsveçrənin paytaxtı Bern şəhərinin “Bellevue” sarayında 28 May – Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib. Rəsmi qəbul Azərbaycanın və İsveçrənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. SİA xəbər verir ki, rəsmi qəbulda İsveçrə hökumətinin yüksək səviyyəli məmurları, diplomatik korpusun rəhbərləri, ölkənin siyasi, mədəni və işgüzar dairələrin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov 107 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açaraq, müsəlman dünyasında…
Daha çox