Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə AQEM-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “AQEM Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Hazırkı sədr ölkə kimi Azərbaycan çoxtərəfli dialoq, regional əməkdaşlıq və Asiyada ümumi sabitliyin təşviqində nümunəvi liderlik nümayiş etdirməyə davam edir. Əminik ki, bu səylər təşkilatın güclənməsinə, Asiyada təkmilləşdirilmiş əlaqələrə, rəqəmsallaşmaya və dayanıqlı inkişafa töhfə verəcək. Azərbaycan xalqına daha böyük tərəqqi, rifah və firavanlıq arzulayırıq”, – paylaşımda bildirilib.
Daha çoxDay: May 28, 2025
Şri-Lanka XİN Azərbaycanı təbrik edib
Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq”, – paylaşımda bildirilib.
Daha çoxAğcabədidə kanalizasiya sistemində yaranmış tutulmalar aradan qaldırılıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağcabədi şəhərində kanalizasiya sistemində yaranmış tutulmaları aradan qaldırıb. SİA agentliyə istinadən xəbər verir ki, bunun üçün xüsusi kanalizasiya yuyan maşın vasitəsilə 5 950 poqonmetr uzunluğunda kanalizasiya xətti yuyulub, 115 kanalizasiya baxış quyusu təmizlənib. Əlavə olaraq, rayon üzrə su və kanalizasiya sistemlərində baş verən 54 qəza aradan qaldırılıb, 63 sayğac yenisi ilə əvəz edilib. Hazırda şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. Bununla yanaşı, kənd təsərrüfatı sahələrinin vaxtında və normalara uyğun suvarılması üçün işlər davam etdirilir. Cari ildə 24 080 hektar taxıl sahəsinə səpsuvar və…
Daha çoxFransa səfirindən Azərbaycana təbrik
Fransanın Bakıdakı səfiri Ann Buayon Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirik. Sülh və rifah arzulayırıq”, – o qeyd edib.
Daha çoxTürkiyə XİN Azərbaycanı 28 May
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib. “Can Azərbaycanın Müstəqillik Günü Mübarək olsun! Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın iftixar və coşqusunu ürəkdən paylaşırıq”, – paylaşımda qeyd olunub.
Daha çoxLatviya Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Latviya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Azərbaycana 28 May – Müstəqillik Günü münasibətilə rifah və firavanlıq arzularımızı çatdırırıq”, – paylaşımda vurğulanıb.
Daha çoxAzərbaycan xalqına davamlı güc və rifah arzu edirik
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında yazıb. “Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq. Bakıya davamlı güc, rifah və firavanlıq arzulayırıq!” – paylaşımda qeyd olunub.
Daha çoxAzərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təbrikdə deyilir: – Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, vətənə şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əzmlə…
Daha çoxBirol Akgündən Azərbaycana təbrik
Birol Akgündən Azərbaycana təbrik
Daha çoxBelarus Milli Kitabxanası Müstəqillik Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb
Minskdə Belarus Milli Kitabxanası mayın 27-dən 28-nə keçən gecə Azərbaycan bayrağının rənglərinə boyanıb. Bu barədə SİA-ya Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib. Bu aksiya Azərbaycanın Müstəqillik Gününə həsr olunub.
Daha çox