Qazaxıstan XİN Azərbaycanın Müstəqillik Gününü təbrik edib

Qazaxıstan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajı paylaşıb. SİA xəbər verir ki, Qazaxıstan XİN-in təbrik mesajında deyilir: “Bakıdakı həmkarlarımızı ürəkdən təbrik edir və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi arzularımızı çatdırırıq. Azərbaycana yeni uğurlar, tərəqqi və əmin-amanlıq arzulayırıq”.

Daha çox

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və…

Daha çox

“Prezidentin imzaladığı əfv sərəncamı böyük sevinc və ümid mənbəyi olmuşdur”

“Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv sərəncamı nəticəsində azadlığa buraxılan şəxslərdən ən azı 220 nəfəri üçün bu hadisə böyük sevinc və ümid mənbəyi olmuşdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ümumilikdə isə, indiyədək dövlət başçısının imzaladığı müxtəlif əfv sərəncamları sayəsində minlərlə vətəndaş cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilmişdir: “Bu fakt Prezidentin humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarına yüksək dərəcədə önəm verdiyini təsdiqləyən mühüm göstəricidir. Əfv aktları cəmiyyətin reinteqrasiyasına və sosial ədalətin təmininə xidmət edən hüquqi-siyasi alət kimi qiymətləndirilməlidir. Eyni zamanda bu, islah olunanların…

Daha çox

Sabah Bakıda 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu…

Daha çox

Qahirədə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib

Qahirədə Azərbaycan səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 107-ci ildönümünə həsr edilmiş təntənəli rəsmi qəbul təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Misirin dövlət və hökumət nümayəndələri, parlament və senat üzvləri, Qahirədə fəaliyyət göstərən akademik dairələrin və diplomatik korpusun üzvləri, yerli medianın və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Misir hökuməti tədbirdə Misirin kommunikasiya və informasiya texnologiyaları naziri Amr Tələt ilə təmsil olunub. Qəbulda, həmçinin Misirin vəqfləri naziri Usamə əl-Əzhəri, Misirin sabiq müftisi Şeyx Əli Cümə, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Amr Musa və digərləri iştirak ediblər. Rəsmi qəbul Azərbaycanın və Misirin…

Daha çox

“28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Milli Kitabxanada bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. SİA xəbər verir ki, kitabxanadan verilən məlumata görə, virtual sərgidə müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar, habelə Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Daha çox

Azərbaycan Almatıda beynəlxalq konfransda təmsil olunub

Almatıda Oljas Süleymenovun XX əsrin intellektual tarixində əlamətdar əsər olan “Az və Ya” kitabının nəşrinin 50 illiyinə həsr olunmuş “Türk slavyanşünaslığının doğuşu” adlı VII Beynəlxalq konfrans keçirilib. SİA Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, ABŞ və Tacikistandan iyirmidən çox tanınmış alim, yazıçı, filoloq və mədəniyyət xadimi iştirak edib. Çıxış edənlər arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, şair, Nobel mükafatı namizədi Teymur Zülfüqarov, “Az və Ya” simfonik-konsertinin müəllifi, bəstəkar İqor Matsiyevski, digər görkəmli elm və mədəniyyət…

Daha çox

Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib. “Azərbaycan xalqını və hökumətini 28 May – Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və səmərəli əməkdaşlığı qiymətləndirir. Dialoqun davam etdirilməsinə və inkişafına ümid edir”, – məlumatda vurğulanıb.

Daha çox

İran XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib

ran İslam Respublikası dost və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edir. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bildirib. Qeyd edilib ki, İran Azərbaycana yüksəliş və tərəqqi arzulayır: “İran Azərbaycana yüksəliş və tərəqqi, iki xalq arasında münasibətlərin getdikcə daha da inkişaf etməsini arzulayır”. Qeyd edilib ki, İran Azərbaycana yüksəliş və tərəqqi arzulayır: “İran Azərbaycana yüksəliş və tərəqqi, iki xalq arasında münasibətlərin getdikcə daha da inkişaf etməsini arzulayır”. Qeyd edilib ki, İran Azərbaycana yüksəliş və tərəqqi arzulayır: “İran Azərbaycana yüksəliş və…

Daha çox