Müqavilənin dəyəri 2,2 milyard avrodur…



Ukrayna Almaniyada Hava Hücumundan Müdafiə Sistemləri Müqaviləsini imzalayıb…



…Ukrayna Almaniyanın müdafiə şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemlərinin istehsalına dair müqavilə imzalayıb.

SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Telegram kanalında məlumat verib. …Diehl Defence ilə IRIS-T sistemlərinin və onlar üçün raketlərin istehsalı üçün müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 2,2 milyard avrodur.

Bunu Rustem Umerov bildirib.

…Alman tərəfi məbləği və nəyin istehsal olunacağını dəqiqləşdirmədən Diehl Defence ilə müqaviləni təsdiqləyib. Tərəflər “niyyət məktubu” imzalayıblar, buna əsasən Almaniya yüz milyonlarla avroya Ukraynanın uzaqmənzilli sistemlərinin alınmasını maliyyələşdirəcək.

…Almaniya kansleri Fridrix Merz daha əvvəl Berlində Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən sonra bu təşəbbüsü açıqlamışdı.

Almaniya Müdafiə Nazirliyi bu birgə istehsal çərçivəsində …2025-ci ildə “əhəmiyyətli sayda” uzaq mənzilli sistemlərin istehsal edilməli olduğunu bildirib. Silah sistemləri Ukrayna silahlı qüvvələrinin ixtiyarına veriləcək – onlardan birincisi cəmi bir neçə həftə ərzində yerləşdirilə bilər, – deyə departament bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər