Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq hava limanının açılmasının Azərbaycan üçün xeyirli olmasını diləyib. SİA xəbər verir ki, Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib: “Yeni açılan Laçın Beynəlxalq Hava Limanın Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır”.