ABŞ Gizli Xidmətinin iki agenti ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Amerikanın Vaşinqton şəhərindəki malikanəsi qarşısında dava edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Daily Beast məlumat yayıb.
Dava videoya çəkilib və daha sonra X sosial şəbəkəsində (Twitter) yayımlanıb.
Səbəb Məxfi Xidmət əməkdaşlarından birinin gecikməsi olub. Onun ucbatından başqa biri zərurətdən artıq vəzifədə qalmalı olub.
O, gələndən sonra əvəzləyicini təhqir etməyə başlayıb və sonra sözdən hərəkətə keçib.
Davanın hər iki iştirakçısı xidmətdən kənarlaşdırılıb. Bundan əvvəl ABŞ Məxfi Xidmətinin agentinin təsadüfən özünü güllələməsi nəticəsində yaralandığı bildirilirdi. Xəsarətlərin həyati təhlükəsi yoxdur.
Əli Babayev