Yeni “Soyuz-5” raketinin uçuş sınaqları üçün komissiya yaradılacaq…


…Yeni “Soyuz-5” raketinin və “Baiterek” kosmik kompleksinin sınaqdan keçirilməsi üçün Rusiya-Qazaxıstan komissiyası yaradılacaq.

SİA-nın məlumatına görə, TASS bu barədə rəsmi hüquqi informasiya portalına istinadən xəbər verir.

Cari ildə daşıyıcının və kompleksin uçuş sınaqlarının keçirilməsi üçün komissiyanın yaradılması planlaşdırılır.

Mart ayında Roskosmos dövlət korporasiyası Rusiyanın perspektivli orta ağırlıqlı “Soyuz-5” raketinin birinci mərhələsinin prototipinin sınaq üçün göndərildiyini açıqlamışdı.

Noyabrda “RİA Novosti” Rusiya və Qazaxıstanın Baykonur kosmodromu üzrə hökumətlərarası komissiyasının protokoluna istinadən xəbər vermişdi ki, “Soyuz-5”in ilk buraxılışı 2025-ci ilin dekabrına planlaşdırılır.

Əli Babayev

Əlaqəli Xəbərlər