Təqaüdçü qadın qul saxladığına görə məhkum edilib…


…Mənzilində qul saxlayan Balaşixadan olan təqaüdçü məhkəmənin hökmü ilə bir il on ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.

SİA-nın məlumatına görə, Rusiyada Balaşixadan olan təqaüdçü Nataliya Butenko insanları köləlikdə saxladığına görə məhkum edilib.

Bu barədə REN TV|Novosti Telegram kanalı məlumat yayıb. Mətbuat “Balaşixa xanım” haqqında ilk dəfə aprelin sonunda mənzilində saxlanılan qullardan birinin azadlığa mesaj göndərərək kömək istəməsini, sonra isə qaçmasını yazıb. Mayın 8-də 62 yaşlı Butenko saxlanılıb; artıq müəyyən edilib ki, o, şərikləri ilə 6 nəfəri köləlikdə saxlayıb, onları sədəqə dilənməyə məcbur edib.

Özünü “qaçqın” adlandıran Ukrayna vətəndaşı Belarusdan qul cəlb edib. Beş kişi və bir qadın yaşadığı mənzildən azad edilib. O, onlara layiqli iş şəraiti vəd edərək pul qazanmağa gələn Qomel sakinlərinin sənədlərini və mobil telefonlarını əlindən alaraq dilənməyə məcbur edib.

Yaçlı qadın itaətsizliklərinə görə onları sərt şəkildə cəzalandırırmış.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər