…Rusiya ABŞ prezidenti Donald Trampın bəyanatlarından və Ukraynada sülh prosesinin vəziyyətindən asılı olmayaraq öz təhlükəsizliyini təmin edəcək.
SİA-nın məlumatına görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə Telegram kanalında dərc olunan mesajında bildirib.
…Sülh prosesi getsə də, getməsə də, prezident Tramp nəsə desə də, deməsə də, Rusiya öz təhlükəsizliyini özü təmin edəcək.
Bunu Kreml nümayəndəsi bildirib.
Peskov vurğulayıb ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə vurduğu istənilən “xuliqanlıq” qaçılmaz olaraq Rusiyanın cavabı ilə müşayiət olunacaq.
Daha əvvəl Peskov bəyan etmişdi ki, Ukraynada münaqişənin həlli istiqamətində iş gedir və bu, mürəkkəb prosesdir. Mətbuat katibi həmçinin qeyd edib ki, Rusiya və Ukrayna arasında gözlənilən danışıqlar fonunda Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya regionlarına hücumları sülhə doğru irəliləyişə kömək etmir.
Əli Babayev