Altı dispanser Milli İdman Tibb və Reabilitasiya İnstitutunun tabeliyinə verilib


Azərbaycanda altı dispanser Milli İdman Tibb və Reabilitasiya İnstitutunun tabeliyinə verilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Gənclər və İdman Nazirliyinin Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri, Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri bundan sonra “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərəcək.

Əlaqəli Xəbərlər