Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Əfqanıstanın Bəlx əyalətindəki ofisinə 1280 ton un göndərib. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana Nyus telekanalı məlumat yayıb. Bildirilib ki, yüklərin təhvil-təslim mərasimində iştirak edən Rusiyanın Məzari-Şərifdəki Baş Konsulluğunun nümayəndələri ölkələrinin BMT-nin ÜƏP ilə əməkdaşlıq çərçivəsində Əfqanıstan xalqını dəstəkləməyə sadiqliyini vurğulayıblar. Onlar əlavə ediblər ki, Rusiya Əfqanıstana yardımı davam etdirəcək.