…Hollandiya bazar ertəsi, mayın 26-da Ukraynaya sonuncu, 24-cü “F-16” döyüş təyyarəsini göndərəcək.
SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib. Bu barədə WNL yazır.
…Bu o deməkdir ki, vəd edilmiş 24-cü döyüş təyyarəsi də tezliklə Ukraynada olacaq, – nəşr onun sözlərini sitat gətirir.
Brekelmans qeyd edib ki, Rusiya lideri Vladimir Putin Ukraynaya hücumları ilə atəşkəsi ciddi şəkildə müzakirə etmək niyyətində olmadığını nümayiş etdirir.
Buna görə də nazir əmindir, Rusiyaya təzyiqləri artırmaqda davam etmək və Ukraynaya mümkün qədər dəstək vermək vacibdir.
Əli Babayev