Moskvaya yaxınlaşan üç pilotsuz Ukrayna təyyarəsi vurulub…


Rusiya Federasiyasının Hava Hücumundan Müdafiə Qoşunları (HHQ) Moskvaya yaxınlaşarkən Ukrayna Silahlı Qüvvələrinə (AFU) aid üç pilotsuz təyyarəni vurub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib.

Mer aydınlaşdırıb ki, fövqəladə hallar xidmətinin mütəxəssisləri artıq dronların dağıldığı ərazilərə gediblər. Bundan əvvəl Ukraynanın Tula vilayətinə hücumu barədə məlumatlar yayılmışdı.

Vilayətin qubernatoru Dmitri Milyayev bildirib ki, Ukraynaya məxsus pilotsuz təyyarənin qalıqları Tulada yaşayış binasının həyətinə düşüb.

Onun sözlərinə görə, bunun nəticəsində bir neçə mənzilin şüşələri sınıb.

Əli Babayev

Əlaqəli Xəbərlər