Meqatsunami hər an ABŞ-ın bir hissəsini yuyub apara bilər..?


Amerikalı geoloqlar həyəcan təbili çalırlar: yaxın 50 il ərzində nəhəng sunamiyə səbəb olacaq güclü zəlzələ mümkündür. Bu meqatsunami ABŞ-ın qərbindəki bütün şəhərləri və bölgələri xəritədən sözün əsl mənasında yuya bilər.

SİA xəbər verir ki, İndependent-in məlumatına görə, Alyaska, Havay, həmçinin Vaşinqton, Oreqon və Kaliforniyanın şimalı ən çox risk altındadır

Alimlər bildirirlər ki, Vankuver adasının şimalından Mendosino burnuna qədər uzanan Kaskadiya qırağı aktiv olaraq qalır və potensial təhlükəlidir. Burada sonuncu güclü zəlzələ 300 ildən çox əvvəl, 1700-cü ildə baş verib.

Virginia Tech tədqiqatçılarının yeni araşdırmasına görə, yaxın 50 il ərzində ərazidə 8,0 və ya daha böyük zəlzələ ehtimalı təxminən 15 faiz təşkil edir.

Belə bir hadisə dalğaların hündürlüyü 1000 fut (təxminən 300 metr) çatan meqa sunamiyə səbəb ola bilər. Dalğaları nadir hallarda bir neçə metrdən çox olan adi sunamilərdən fərqli olaraq, meqa sunamilər ekstremal hadisələrdir.

Onlar birdən və heç bir xəbərdarlıq əlaməti olmadan baş verir. Alimlər vurğulayırlar ki, belə bir zəlzələ zamanı hazırlıq və evakuasiya üçün praktiki olaraq vaxt qalmayacaq – hər şey bir neçə dəqiqə ərzində baş verəcək.

…2023-cü ildə Qrenlandiyanı vuran meqatsunami Yerin doqquz gün titrəməsinə səbəb oldu.

Alimlər müəyyən ediblər ki, Qrenlandiyanın şərqində hündürlüyü bir kilometrdən çox olan uçurum uçub. Qaya suya düşərək güclü titrəyişlərə səbəb olub. Daha sonra elm adamları doqquz gün ərzində bütün planetdə bu dalğalanmaları qeydə aldılar.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər