Pakistan Hava Limanı İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanması qərarını iyunun 24-dək uzadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan da müvafiq olaraq Pakistana qarşı eyni qərarı qəbul edib. Xatırladaq ki, iki nüvə ölkəsi arasında münasibətlər aprelin 22-də Kəşmirdəki məşhur turizm məkanı Pahalqam şəhərində baş verən terror aktından sonra gərginləşib. Mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.
Daha çoxDay: May 24, 2025
Kiyevdə bir saat ərzində 4 partlayış baş verdi
Kiyevdə bir saat ərzində dördüncü dəfə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb. Partlayışlar barədə heç bir rəsmi açıqlama verilməyib. Təfərrüatlar bilinmir. Ukraynalı jurnalistlər hərbi obyektə hücum edildiyini bildirirlər.
Daha çoxUkrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib
Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər. Zavod Rusiyanın raketləri, bombaları və xüsusi texnikası üçün detallar istehsal edir. Bu barədə SİA Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir. Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb. “Energiya” zavodu Rusiyada kimyəvi enerji mənbələrinin ən iri istehsalçılarından biridir. Bundan başqa, bu müəssisə planlaşdırılan və korreksiya olunan aviasiya bombalarına quraşdırılan modullar üçün batareyalar istehsal edən yeganə Rusiya şirkətidir. Zavod, həmçinin “İskəndər-M” operativ-taktiki raket kompleksləri, sudan buraxılan qanadlı raketlər və xüsusi…
Daha çoxO vaxt könüllü olaraq əfqanlara təslim olan rusiyalı əsgərin hekayəsi…
Rusiyalı müsəlman Sergey-Nurməmməd Rusiyaya qayıdıb…40 ildən sonra… …Keçmiş sovet hərbçisi Sergey Krasnoperov 40 il ərzində yaşadığı Əfqanıstandan Rusiyaya qayıdıb. SİA xəbər verir ki, bu barədə “RT” məlumat yayıb. Onun indi 60 yaşı var, Əfqanıstandakı adı Nurməmməd olan Sergey müsəlmandır. Kurqandan olan Sergey, 1983-cü ildə orduya çağırılaraq Əfqanıstana xidmətə göndərilib. Bazarda mübadilə etmək üçün anbarda işləyən Sergeydən zorla yemək alan əsgər yoldaşları ilə münaqişədən sonra o, icazəsiz bölməni tərk edib. Özü də silahsız. Əfqanlara əsir düşən əsgərin həyatını xilas edən də elə bu olub. Yəni silahsız…
Daha çoxSoyuq müharibənin ən qeyri-adi 10 tankı…
Mühəndislər qlobal qarşıdurma kontekstində innovativ həllər axtarırdılar… …Tanklar, hələ o vaxt Birinci Dünya Müharibəsində tətbiq olunduqdan sonra da döyüş meydanında əsas rol oynayıblar. SİA-nın məlumatına görə, bu barədə “Slashgear” yazır Nüvə silahlarının yayılmasına baxmayaraq, Soyuq Müharibə (1947-1991) dövründə, xüsusən də ABŞ və Sovet İttifaqı arasında daimi qlobal münaqişə təhlükəsi fonunda tanklar müdafiə və hücumun mühüm elementi olaraq qalıb. Beləlikılə, aşağıda bu müddət ərzində yaradılmış ən maraqlı və qeyri-adi tanklardan 10-nu Sizlərə təqdim edirik: 1. Archer (Böyük Britaniya) Arxaya quraşdırılmış silahı olan unikal tank.…
Daha çoxRusiyanın baş gəmiçilik şirkəti böyük itkilərlə üzləşib…
“Sovcomflot” neft və qazın nəqli ilə məşğuldur. …Rusiyanın aparıcı gəmiçilik şirkəti “Sovcomflot” bu ilin birinci rübündə 393 milyon dollar xalis itki ilə üzləşib. SİA xəbər verir ki, bu məlumatları Reuters agentliyi təqdim edir. Şirkət həmçinin birinci rübdə gəlirinin illik müqayisədə 49 faiz azalaraq 278,5 milyon dollara düşdüyünü bildirib. Əsas itkilər Qərbin yeni məhdudiyyətləri ilə əlaqələndirilir ki, bu da əməliyyat problemlərinə, eləcə də gəlirlərin azalmasına və şirkətin bəzi gəmilərinin dayanma müddətinə səbəb olub. “Sovcomflot”-un bütün biznesi xarici valyutada hesablandığı üçün rublun möhkəmlənməsi səbəbindən şirkət əlavə itkilərə məruz…
Daha çoxRubio ABŞ-ı Rusiyaya qarşı yeni sanksiyalara sövq edir..?
Tramp buna qarşıdır… …ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampı Ukraynada atəşkəs danışıqlarının iflasa uğraması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bununla belə, Amerika lideri hələ ki qaşır… SİA-nın məlumatına görə, New Lines Magazine mənbələrə istinadən yazır. Mayın 20-də Rubio bir vaxtlar sədrlik etdiyi Senatın Xarici Əlaqələr Komitəsində ifadə verib. Tramp administrasiyasının Rusiyaya güzəştə getdiyinə toxunanda dövlət katibi qeyd edib ki, ABŞ sanksiyaları götürülməyib və mart ayında bir həftəlik fasilə istisna olmaqla, Amerika silahları və kəşfiyyatı Ukraynaya axmağa davam edir. …Nəşrin yazdığına görə, Rubio…
Daha çox