Xarkov vilayətinin Çuquev şəhərində silsilə partlayışlar baş verib.
SİA xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında məlumat verib.
O, bildirib ki, ilkin məlumata görə, hərbi obyekt atəşə tutulub. Kotenok əlavə edib ki, Çuquevdən cəbhəyə təxminən 40 kilometr məsafədədir.
Bundan əvvəl hərbi ekspert Andrey Maroçko bildirmişdi ki, Radkovka qəsəbəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi Xarkov vilayətinin Kupyanskını geniş şəkildə əhatə etməyə imkan verir.
Onun sözlərinə görə, rus qoşunları artıq bu tapşırığı yerinə yetirir.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Kupyansk uğrunda döyüşlərə başladı.
Kotenokun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücum qrupları qəsəbənin şimalında Kondraşovka və Malaya Şapkovkada möhkəmlənməyə çalışır.
Əli Babayev