Ruslar və belaruslar Finlandiyada daşınmaz əmlak ala bilməzlər…


…Finlandiya Müdafiə Nazirliyi ruslar üçün daşınmaz əmlak alqı-satqısına tam qadağa qoyulması ilə bağlı qərar layihəsi hazırlayıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Sənəd layihəsi müzakirə üçün ekspertlərə göndərilib. Müdafiə Nazirliyinin izah etdiyi kimi, mənzil əməliyyatlarına qoyulan qadağa, Avropa İttifaqının fikrincə, Finlandiyanın milli təhlükəsizliyinə təhlükə yaradan ölkələrin vətəndaşlarına şamil ediləcək.

Rusiya və Belarus bu meyarın altına düşür. Fərman qüvvəyə minənədək bu ölkələrin vətəndaşlarından daxil olmuş müraciətlərə adi qaydada baxılacaq.

Finlandiya parlamentində daha əvvəl vurğulandığı kimi, tədbir Finlandiyada daimi yaşayan ruslara təsir etməyəcək. Lakin bu kateqoriyadan olan vətəndaşlar da daşınmaz əmlak almaq üçün xüsusi icazə almalı olacaqlar.

2024-cü ilin payızında Finlandiya hakimiyyəti 30-dan çox Rusiya əmlakını ələ keçirdi.

Xüsusilə də Rusiya Elm və Mədəniyyət Mərkəzi həbs edilib. Rusiyanın xaricdəki əmlakına həbs qoyulmasına səbəb Ukraynanın 6 enerji şirkətinin qaldırdığı iddia olub. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya bu qərara məhkəmədə etiraz etmək niyyətindədir. Finlandiya prezidenti bəyan edib ki, Rusiyanın daşınmaz əmlakına həbs qoyulması məsələsi siyasətlə bağlı deyil.

Əli Babayev

Əlaqəli Xəbərlər