Rusiyada söyüş söyənlər üçün cərimələr qaldırıldı…


…Rusiyada ictimai yerlərdə və onlayn rejimdə təhqiramiz ifadələr işlətməyə görə cərimələrin 1000 rubldan 10.000 rubla qədər artırılması təklifini nəzərdən keçirməyə hazırlaşırlar. SİA-nın məlumatına görə, TASS bu barədə “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Naminə” partiyasının Novosibirsk regional bölməsinin mətbuat xidmətinə istinadən bildirib.

Dövlət Dumasının Xristian dəyərlərinin qorunması üzrə fraksiyalərarası qrupu bu məsələni araşdıracaq. Planlaşdırılan tarix mayın sonu – iyunun əvvəlidir. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklərin ediləcəyi gözlənilir.

…Xristian dəyərlərinin müdafiəsi üzrə Dövlət Dumasının fraksiyalararası qrupunun baxılması üçün təqdim olunub.

Bu, məlumatda deyilir.

Bundan əvvəl Dövlət Dumasının deputatı Aleksandr Aksenenko Ümumdünya Rus Şurasının Novosibirskdə keçirilən Ümumrusiya Forumunda çıxışı zamanı tədbirin qəbul edilməsinin tərəfdarı olduğunu bildirib. O vurğuladı ki, çoxlu sayda insan “pis sözlərdən” qorunmur.

Əli Babayev

Əlaqəli Xəbərlər