Çelyabinsk vilayətinə düşən meteoritin fraqmentləri aşkar edilib…


…Çelyabinsk Dövlət Universitetinin alimləri Çelyabinsk vilayətinə ekspedisiya zamanı mart ayında düşmüş meteoritin fraqmentlərini aşkar ediblər.

Əldə edilən nümunələrin tədqiqi onun daşlı meteorit olduğunu göstərib.

SİA xatırladır ki, Çelyabinsk Dövlət Universitetinin alimləri martın 23-də Çelyabinsk vilayətinin Sultanovo kəndi yaxınlığında düşdüyü ehtimal edilən meteorit fraqmentlərini aşkar etdiklərini bildiriblər.

Xüsusilə, tədqiqatçılar meteor mənşəli toz nümunələri tapıblar. Onları araşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, toz olivinlərdən, piroksenlərdən və dəmir əsaslı ərintilərlə təmsil olunan metal hissəciklərdən ibarətdir.

Hissəciklər aqlomeratlar əmələ gətirdiyi üçün alimlər Çelyabinsk vilayətinə daş meteorit düşdüyünü bəyan ediblər. Onun parçaları atmosferin sıx təbəqələrindən keçərkən daşlı meteoritin qızması, parçalanması və meteorit yağışı kimi düşə bilməsi səbəbindən aşkar edilib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər