Makron Szinpinlə söhbətindən danışdı

Cənub-Şərqi Asiyaya rəsmi səfər etməyi planlaşdıran Fransa Prezidenti Emmanuel Makron Çin lideri Si Szininlə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında yazıb. Tərəflər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə ediblər. “Rusiyanın Ukraynada apardığı müharibəyə gəlincə, bizim ümumi məqsədimiz var: uzun və davamlı sülh. O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayır”, – Makron yazıb.

Daha çox

Ukrayna istənilən gedişata hazır olmalıdır

Ukrayna cəbhədə atəşi dayandırmaq üçün mümkün olan ən sürətli addımları atmağa hazırdır. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynanın marağı müharibəni uzatmaq deyil, vəziyyətin istənilən inkişafına hazır olmaqdır. Dünyaya aydındır ki, müharibənin hələ də davam etməsində günahkar Rusiyadır. Ukrayna mümkün olan ən sürətli addımlara – real atəşkəs və yeni təhlükəsizlik arxitekturasının yaradılmasına hazırdır. Biz öz tərəfimizdən hər şeyin üzərində işləyirik”, – Zelenski qeyd edib.

Daha çox

ABŞ 15 gün sonra Sudana sanksiya tətbiq edəcək

“Birləşmiş Ştatlar Sudana sanksiyalar, o cümlədən ABŞ-ın Sudana ixracına və ABŞ hökumətinin kredit xətlərinə çıxışına məhdudiyyətlər tətbiq edəcək”. SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, 24 aprel 2025-ci ildə Birləşmiş Ştatlar 1991-ci ildə qəbul edilmiş Kimyəvi və Bioloji Silahlara Nəzarət və Müharibəni Ləğvetmə Aktı əsasında Sudan hökumətinin 2024-cü ildə kimyəvi silahdan istifadə etdiyini müəyyən edib. Məlumata əsasən, Sudan hökumətinin də üzvü olduğu akta əməl etməməsinə dair hesabat əlavəsi ilə birlikdə bu gün Konqresə təqdim edilib. Konqresin 15 günlük bildiriş müddətindən sonra Birləşmiş Ştatlar Sudana sanksiyalar,…

Daha çox

Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasındakı Palembang şəhərindən 300 km cənub-qərbdə olub. Seysmik hadisənin mənbəyi 55 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Daha çox

İran İsrailə xəbərdarlıq etdi

“İran İsraili istənilən tələsik addımlara qarşı xəbərdar edir və bəyan edir ki, onun tərəfindən istənilən təhdid və ya pozuntular qəti şəkildə cavablandırılacaq”. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı BMT baş katibinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinə ünvanladığı məktubunda deyib. “Biz həmçinin əminik ki, İsrail İslam Respublikasının nüvə obyektlərinə hücumu halında ABŞ hökuməti bu hücumda şərik olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq”, – deyə İran XİN rəsmisi bildirib.

Daha çox

Moskvadakı miqrantlar proqram vasitəsilə qeydiyyata alınacaq…

Məqsəd miqrantların yerləşdiyi yeri də izləyəcək mobil proqram vasitəsilə qeydiyyata alınması üçün yeni sistemi sınaqdan keçirməkdir… …Federasiya Şurası 2025-ci ildən 2029-cu ilə qədər Moskva və Moskva vilayətində pilot layihənin həyata keçirilməsinə dair qanunu təsdiqləyib. Məqsəd miqrantların yerləşdiyi yeri də izləyəcək mobil proqram vasitəsilə qeydiyyata alınması üçün yeni sistemi sınaqdan keçirməkdir. SİA-nın məlumatına görə, qanuna əsasən, Rusiyada əcnəbi vətəndaşların qeydiyyatının təkmilləşdirilməsi üzrə eksperiment 2025-ci il sentyabrın 1-də başlayacaq və 2029-cu il sentyabrın 1-də başa çatacaq. Eksperimentə Rusiyada işləmək üçün həm patentli, həm də patentsiz vizasız rejimə…

Daha çox

Alkoqolun cinsi həyata təsiri…

Alkoqolizm təkcə tibbi böhran deyil, həm də ailə böhranıdır… …Alkoqol asılılığı olan kişilər, demək olar ki, 10 haldan 9-da ciddi cinsi disfunksiya ilə üzləşirlər ki, bu da evlilikdəki problemləri daha da artırır və bütün ailəyə zərər verir. SİA-nın məlumatına görə, bu barədə “Journal of Sex & Marital Therapy” jurnalında dərc olunan araşdırmada deyilir. Sorğuda alkoqol asılılığı olan 100 evli kişi və onların 70 arvadı iştirak edib. Məlum olub ki, xəstələrin 88 faizi cinsi problemlərlə üzləşib: 60 faizində vaxtından əvvəl boşalma, 57 faizində isə erektil disfunksiya…

Daha çox

The Guardian: “Kövrək iqtisadiyyat Putinin zəifliyidir..?”

Sanksiya təzyiqini həddinə çatdırmaq şansı var… …Ukraynanın müttəfiqləri Kremlin sonsuz müharibə strategiyasının zəifliyini ifşa etmək üçün sanksiyaları sərtləşdirməlidirlər. SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Guardian” yazır. ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin ilk günündə Ukraynada müharibəyə son qoymaq niyyətini açıqlaması onun sülhməramlı kimi uğursuzluğunun növbəti sübutu oldu. Onun Putinə açıq simpatiyası daha da qorxuludur. Ağ Evin qərarı ilə münaqişəni “dondurmağın” mümkün olmadığını anladıqdan sonra Trampın Putinə qarşı ritorikası bir qədər soyusa da, hələ də bu müharibəni başladan cinayətkar təcavüzə qarşı real qəzəbdən əsər-əlamət…

Daha çox

Modi Pakistanla danışıqları istisna edir…

Pakistanla hər hansı ticarət əlaqəsi və ya danışıqlardan söhbət gedə bilməz..? …Kəşmirdəki faciəli hadisələrdən sonra Hindistan və Pakistan arasında davam edən gərginlik fonunda Hindistanın baş naziri Narendra Modi İslamabadla hər hansı dialoqdan imtina etdiyini açıqlayıb. O vurğulayıb ki, Pakistan Hindistan ərazisində istənilən düşmənçilik hərəkətinə görə ciddi iqtisadi və hərbi nəticələrə məruz qalacaq. SİA-nın məlumatına görə, Racastanda çıxış edən Modi qəti şəkildə bildirib ki, Pakistanla hər hansı ticarət əlaqəsi və ya danışıqlardan söhbət gedə bilməz. O vurğulayıb ki, Pakistan tərəfindən törədilən hər bir terror aktının böyük…

Daha çox

Amerikalılar Trampın iqtisadi siyasətinə şübhə ilə yanaşırlar…

…Marquette Universiteti Hüquq Məktəbinin yeni sorğu nəticələrinə görə, amerikalıların Prezident Donald Trampın iqtisadi siyasətini bəyənmələri aşağı olaraq qalır. SİA-nın məlumatına görə, bunu “Politico” yazır. Bunun səbəbi, xüsusən də administrasiyanın gömrük siyasətində mütəmadi olaraq dünya bazarlarında qeyri-müəyyənlik yaradan dəyişikliklərdir. May ayında keçirilən sorğuda amerikalıların 37 faizi Trampın rüsumları idarə etməsini bəyənib, 63 faizi isə bəyənmədiyini bildirib. Oxşar mənzərə inflyasiya və yaşayış minimumu ilə mübarizənin qiymətləndirilməsi ilə bağlı da yaranıb: respondentlərin 34 faizi prezidentin hərəkətlərini bəyənir, 66 faizi isə bəyənmir. Ümumilikdə, respondentlər prezidentin iqtisadi siyasətini mənfi 16 faiz bəndi xalis balansla qiymətləndiriblər:…

Daha çox