..Ukraynanın keçmiş lideri Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnovun qatili azı 9 atəş açıb.
SİA xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, İspaniya Milli Polisi qaçmağa müvəffəq olmuş üç qətl şübhəlisini axtarır.
…Onlardan biri ən azı doqquz atəş açan və iki şəriki ilə birlikdə qaçan atıcıdır, – məlumatda deyilir.
Nəşrin məlumatına görə, hadisə yerindən doqquz giliz tapılıb. Lakin Portnovun neçə xəsarət aldığı hələlik məlum deyil. Qeyd edək ki, Yanukoviçin keçmiş məsləhətçisinin qətli bir gün əvvəl məlum olub. Ukrayna Baş Prokurorunun keçmiş müşaviri Andrey Telijenko qeyd edib ki, Portnovun vurulması Ukrayna hakimiyyətinin izlərini gizlətmək cəhdidir.
Radanın keçmiş deputatı Oleq Tsarev bəyan edib ki, Portnov onun təsiri ilə öldürülə bilərdi.
Əli Babayev