Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib. SİA xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib. Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub. A.Paşazadə həmçinin bildirib ki, QMİ-də daha bir müavinə ehtiyac var.
Daha çoxDay: May 22, 2025
İsrail səfiri Azərbaycana təşəkkür edib
İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Vaşinqtondakı yəhudi tədbirində baş verən və İsrail səfirliyinin iki əməkdaşı – Yaron və Saranın güllələnərək öldürüldüyü dəhşətli terror aktından sarsılmışıq. Bu gənclər növbəti həftə nişanlanmalı idilər. Bunun əvəzinə, ürək ağrısı ilə onların dəfninə hazırlaşırıq. Azərbaycan xalqına və hökumətinə bu ölkədə İsrail diplomatlarının və yəhudi icmasının müdafiəsinə olan qətiyyətli sadiqliyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”, – Corc Dik yazıb.
Daha çoxQMİ-nin Əsasnaməsində dəyişiklik
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib. O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.
Daha çoxAzərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşdə baş tutub. Tərəflər iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında, xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıb.
Daha çoxAzərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb
Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Daha çoxAzərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. SİA xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30 nəfər müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: “Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub”. Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də…
Daha çoxADY-də yeni sədr müavini təyin edilib
Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib. Bu barədə SİA-ya ADY-dən məlumat verilib. “Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib”, – ADY-dən bildirilib. N. Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə…
Daha çoxİrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
Daha çox“Prezidentin ona verdiyi dəstək strateji əhəmiyyətlidir”
“Qeyri-rəsmi türk zirvəsinin, bəlkə də, ən əlamətdar xüsusiyyətlərindən biri dövlət başçılarının bir-birinə hər zamankı kimi etdikləri səmimi jestlərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən Macarıstanın Baş naziri ilə Azərbaycan Prezidentinin münasibətlərində nüanslara xüsusi diqqət etməyə gərək var: “Ən əhəmiyyətli cəhət isə şəxsi ünsiyyətlərdə dövlətlərin apardığı siyasətin digər müttəfiq ölkə başçıları tərəfindən səmimiyyətlə qarşılanması və dəstəklənməsidir. Azərbaycan Prezidentinin Macarıstan Baş nazirinin siyasəti ilə bağlı dediyi sözlər həm müttəfiqlik münasibətləri çərçivəsində təəssübkeş yanaşmadır, həm Macarıstanı hazırkı siyasi kursda daha qətiyyətli olmağa həvəsləndirmək üslubudur. Eyni…
Daha çoxErmənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub
Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında deyib. O qeyd edib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır: “Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər. . Min cür…
Daha çox