Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb. Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra – İKT) dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada informasiya…
Daha çoxDay: May 22, 2025
“Ermənistanı elə-belə yaratmayıblar”
“Ermənistanın ümumiyyətlə dünya xəritəsində peyda olması, bu ölkənin yaradılması məhz xarici, xüsusilə xristian dövlətlərinin qüvvələri ilə irəli sürülmüş bir təşəbbüs idi. Bu ölkəni elə-belə yaratmayıblar. Bu ölkə yalnız türk-müsəlman dünyasının göbəyində yer almaqla artıq neçə illərdir, hətta bir-iki əsrdir ki, burada dağıdıcı, pozucu rolunu oynayır. Ermənistanın təyinatı da məhz budur. Yəni, onu ona görə yaradıblar ki, bu, elə “maşa” kimi onların sifarişlərini yerinə yetirsinlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, hal-hazırda Ermənistanın bu funksiyası bir az da gücləndirilməyə doğru gedir. Çünki Gürcüstanı Qərb ələ ala…
Daha çox“Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır”
“Rusiya ilə Ukrayna arasında münasibətlərin pozulması məsələsini hansı qüvvələrin etməsi fikri ritorikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, əslində məsələnin kökünə baxdığımızda məhz bu problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır: “Rusiya dövləti Ukraynanın bir dövlət kimi mövcudluğuna maraqlı deyil. Müxtəlif bəhanələrlə özünün təhlükəsizlik qayğılarını da irəli sürərək Ukraynaya hücum edib və onun ərazilərini işğal edib, etməkdədir. Məhz bu baxımdan burada birbaşa günahkar ölkə Rusiyadır. Bu savaşın başlanmasında maraqlı olan qüvvələr olub. Təbii ki, var. Qərb ölkələri, Amerika Birləşmiş Ştatlarının keçmiş administrasiyaları həm də bir formada…
Daha çoxAzərbaycanda icra icraatı üzrə ödənişi nağd formada edənlərin cərimələnməsi qüvvəyə minib
Prezident İlham Əliyev Milli Məclisin aprelin 1-də qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manata qədər cərimə ediləcək. Eyni zamanda icra…
Daha çoxPrezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Aslanov İlqar Vaqif oğlu İbadova Sevinc Qafar qızı.
Daha çox“Uzun sürən belə hal uşaqlarda kompleks yaradır”
“Uşaqlara istədiyimiz, kimdəsə görüb bəyəndiyimiz, bədənin görünməli olmayan hissələri görünən açıq-saçıq paltarları alıb geyindirməklə, bəli, onlara təzyiq göstəririk. Çünki uşaqlar azyaşlı olduğu üçün geyim seçimi valideynə məxsusdur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, valideyn isə bu cür yanaşma ilə uşağının gələcəyi üçün heç də yaxşı vəziyyət hazırlamır: “Çünki gözünü açıb bu cür geyindirildiyini görən uşaq sözsüz ki, böyüyəndə də elə geyimləri seçəcək. Bu isə hər kəs tərəfindən qəbul edilmir və yeniyetmə, gənclik çağlarında onların həyatında problemlər yarana bilər. Beləliklə, uşaqlara moda təzyiqi onlarda…
Daha çoxTələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Daha çoxİsrail ordusu fələstinlilərə məxsus evi partladıb
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Qalkiliya şəhərində fələstinlilərə məxsus evi partladıb, sahiblərinin yəhudi yaşayış məntəqəsinə hücum etdiyini iddia edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bölmə fələstinli Əbdülqani ailəsinə məxsus 120 kvadratmetrlik evi mühasirəyə alıb və ətrafı boşaltdıqdan sonra evi partladıb. İsrail Əbdülqani ailəsinin oğlu Sultan adlı fələstinlini 2024-cü ildə Nalus və Qalkiliya şəhərləri arasındakı Qdumim yəhudi qəsəbəsi ətrafında həyata keçirdiyi hücumda bir İsrail əsgərini öldürməkdə ittiham edir. 2024-cü ilin avqust ayından axtarışda olan Sultanın hələ də İsrail əsgərləri tərəfindən tapılmadığı bildirilir. İsrail hakimiyyəti İsrail…
Daha çoxÖzbəkistan Azərbaycan-Türkiyə alyansına qoşulur
Daşkənd müttəfiqlərinə daxili pasportlardan istifadə edərək ölkəyə daxil olmağa icazə vermək niyyətindədir Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi sammitində iştirak edərək bir sıra təkliflərlə çıxış edib. O, Özbəkistan tərəfinin təşəbbüsü ilə imzalanmış Türk Dövlətlərinin Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq Müqaviləsinin imzalanmasının aktuallığını vurğulayıb. Bir gün əvvəl Mirziyoyev Özbəkistan və Azərbaycanın müttəfiqlik statusunu hüquqi cəhətdən təmin edən və Daşkəndin əvvəllər Türkiyə ilə Azərbaycan arasında ikitərəfli saziş olan strateji Şuşa Bəyannaməsinə qoşulmasını rəsmiləşdirən qanunu imzalayıb. Özbəkistan həmçinin müttəfiqlərinə daxili şəxsiyyət vəsiqələrindən istifadə etməklə ölkəyə daxil olmaq imkanı…
Daha çox“İnsanların ekoloji şüuru artırılmalıdır”
“Bakı şəhərində və Azərbaycanın müxtəlif rayon və bölgələrində tullantıların yığılması ilə bağlı doğrudan da ciddi problemlər mövcuddur. Bakı şəhərində bu problemlər müəyyən qədər aradan qaldırılsa da, hələ də şəhər ətrafı qəsəbələrdə və kəndlərdə vəziyyət eyni qalır”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, məsələn, Balaxanıda bərk məişət tullantılarının idarə olunması ilə bağlı bir zavod tikilib. Bu zavodda tullantılar çeşidlənir və yenidən istehsala cəlb olunur. Lakin bu cür infrastruktur yalnız Bakı ərazisində fəaliyyət göstərir. Biz hər il bir ekoloji təşkilat…
Daha çox