Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bakı Metropoliteni” ilə əməkdaşlığı çərçivəsində əhalinin daha çox istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən SİA-ya verilən məlumata görə, metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Daha çox

TDT seçki orqanlarının Məşvərət Platformasına sədrlik Qazaxıstandan Azərbaycana keçəcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi seçki orqanlarının Məşvərət Platformasına sədrlik 2 il sonra Qazaxıstandan Azərbaycana keçəcək. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, həmin dövlətlərin seçki komissiyaları ilə vaxtaşırı birgə tədbirlər keçiriləcək: “Hansısa sahədə çatışmazlıq varsa, bunu görüşlərdə müzakirə edəcəyik”.

Daha çox

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. “Xanım bloger anasına aid çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib. Belə ki, mayın 17-də İstanbuldan Bakıya gələn bloger xanımın anası və onunla birlikdə…

Daha çox

Kibertəhlükəsizlik məsələləri niyə aktual hala gəlib?

Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb. Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra – İKT) dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada informasiya…

Daha çox

“Ermənistanı elə-belə yaratmayıblar”

“Ermənistanın ümumiyyətlə dünya xəritəsində peyda olması, bu ölkənin yaradılması məhz xarici, xüsusilə xristian dövlətlərinin qüvvələri ilə irəli sürülmüş bir təşəbbüs idi. Bu ölkəni elə-belə yaratmayıblar. Bu ölkə yalnız türk-müsəlman dünyasının göbəyində yer almaqla artıq neçə illərdir, hətta bir-iki əsrdir ki, burada dağıdıcı, pozucu rolunu oynayır. Ermənistanın təyinatı da məhz budur. Yəni, onu ona görə yaradıblar ki, bu, elə “maşa” kimi onların sifarişlərini yerinə yetirsinlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, hal-hazırda Ermənistanın bu funksiyası bir az da gücləndirilməyə doğru gedir. Çünki Gürcüstanı Qərb ələ ala…

Daha çox

“Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır”

“Rusiya ilə Ukrayna arasında münasibətlərin pozulması məsələsini hansı qüvvələrin etməsi fikri ritorikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, əslində məsələnin kökünə baxdığımızda məhz bu problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır: “Rusiya dövləti Ukraynanın bir dövlət kimi mövcudluğuna maraqlı deyil. Müxtəlif bəhanələrlə özünün təhlükəsizlik qayğılarını da irəli sürərək Ukraynaya hücum edib və onun ərazilərini işğal edib, etməkdədir. Məhz bu baxımdan burada birbaşa günahkar ölkə Rusiyadır. Bu savaşın başlanmasında maraqlı olan qüvvələr olub. Təbii ki, var. Qərb ölkələri, Amerika Birləşmiş Ştatlarının keçmiş administrasiyaları həm də bir formada…

Daha çox

Azərbaycanda icra icraatı üzrə ödənişi nağd formada edənlərin cərimələnməsi qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 1-də qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manata qədər cərimə ediləcək. Eyni zamanda icra…

Daha çox

Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Aslanov İlqar Vaqif oğlu İbadova Sevinc Qafar qızı.

Daha çox

“Uzun sürən belə hal uşaqlarda kompleks yaradır”

“Uşaqlara istədiyimiz, kimdəsə görüb bəyəndiyimiz, bədənin görünməli olmayan hissələri görünən açıq-saçıq paltarları alıb geyindirməklə, bəli, onlara təzyiq göstəririk. Çünki uşaqlar azyaşlı olduğu üçün geyim seçimi valideynə məxsusdur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, valideyn isə bu cür yanaşma ilə uşağının gələcəyi üçün heç də yaxşı vəziyyət hazırlamır: “Çünki gözünü açıb bu cür geyindirildiyini görən uşaq sözsüz ki, böyüyəndə də elə geyimləri seçəcək. Bu isə hər kəs tərəfindən qəbul edilmir və yeniyetmə, gənclik çağlarında onların həyatında problemlər yarana bilər. Beləliklə, uşaqlara moda təzyiqi onlarda…

Daha çox