“İnsanların ekoloji şüuru artırılmalıdır”

“Bakı şəhərində və Azərbaycanın müxtəlif rayon və bölgələrində tullantıların yığılması ilə bağlı doğrudan da ciddi problemlər mövcuddur. Bakı şəhərində bu problemlər müəyyən qədər aradan qaldırılsa da, hələ də şəhər ətrafı qəsəbələrdə və kəndlərdə vəziyyət eyni qalır”. Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib. Onun sözlərinə görə, məsələn, Balaxanıda bərk məişət tullantılarının idarə olunması ilə bağlı bir zavod tikilib. Bu zavodda tullantılar çeşidlənir və yenidən istehsala cəlb olunur. Lakin bu cür infrastruktur yalnız Bakı ərazisində fəaliyyət göstərir. Biz hər il bir ekoloji təşkilat…

Daha çox

Gənclər bir-birilərini niyə öldürürlər?

“2025-ci ilin may ayında baş verən üç gəncin ölümü faktı psixoloqları, cəmiyyəti və bir ana kimi bizləri dərin narahatlığa salır. Eyni zamanda, cəmiyyətdə baxdığım güzgüdə ləkəli tərəfləri gördüyümdən, bir psixoloq kimi bu məsələyə toxunmağı özümə borc bilirəm”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, çox təəssüf ki, gənclər arasında qurula bilməyən effektiv ünsiyyət problemləri və mənfi sosial münasibətlərin başlanğıcı artıq məktəb mühitindən başlayır. Təbii ki, dərsdən sonra müəllim hər bir şagirdin ardınca gedə bilməz: “Amma dərs zamanı psixoloji söhbətlərə, dostluq münasibətlərinin qurulmasına ehtiyac var. Bir-birimizi anlamadığımız…

Daha çox

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Sumqayıt Kimya Sənaye Parkında olub

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara Agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaya zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlanamağa dəvət edilib. Görüşün davamı olaraq nümayəndə heyəti Pakın 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Parkının rezidentlərinin polad boru və polimer materialların emalı…

Daha çox

“Qadınların iqlim və enerji siyasətində iştirak imkanları artıb”

“Hazırda dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faiz səviyyəsindədir. Bu göstərici əvvəlki illərlə müqayisədə artım dinamikası nümayiş etdirir ki, bu da ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət meyllərin mövcudluğunu göstərir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxışında belə deyib. O, bildirib ki, ölkəmizdə gender balansına yönəlik səyləri nəzərə alaraq, rəhbər vəzifələrdə gender balansının təmin olunması məqsədilə dövlət və bələdiyyə strukturlarında gender kvotalarının tətbiqi müzakirə olunmalıdır. Erkən nikahlara da toxunan deputat qeyd…

Daha çox

Dövlət Turizm Agentliyində Aparat rəhbəri vəzifəsi müvəqqəti olaraq Kənan Quluzadəyə həvalə edilib

Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir. SİA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Qeyd olunub ki, o, müvafiq qərarla bu vəzifəni icra etməyə başlayıb. Xatırladaq ki, bu ilin mart ayında qurumun əvvəlki Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən azad edilib.

Daha çox

Kitabxanalara və teatrlara marağın azalması hansı sosial amillərlə bağlıdır?

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında, teatrlarda “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Kitab mağazalarını restoranların və mağazaların əvəz etdiyini, kitabxanalardakı kitab rəflərininsə kitab həsrəti ilə toz tutduğunu bir fakt kimi müşahidə edərək buna səbəb olan amilləri nəzərdən keçirdik. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Məleykə Məcidzadə: “İndiki zamanda telefonlarda məlumatlar çoxaldığına görə kitabxanalara gedənlərin sayı azalıb.…

Daha çox

Erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkənlər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi…

Daha çox

Azərbaycanda regional maliyyə idarələri yaradılıb

Azərbaycan Maliyyə Nazirliyi yerli bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və onlara münasibətdə optimal idarəetmə modelinin tətbiqi məqsədilə rayon (şəhər) maliyyə idarələri və şöbələrini ləğv edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilir ki, onların bazasında ölkənin yeni iqtisadi rayon bölgüsünə uyğun şəkildə regional maliyyə idarələri formalaşdırılıb və bu idarələrin strukturu təsdiqlənib. Yeni struktur çərçivəsində Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Daha çox

Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub. Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.

Daha çox