Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşdə baş tutub. Tərəflər iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında, xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıb.
Daha çoxDay: May 22, 2025
Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb
Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Daha çoxAzərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb. SİA xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, kvotadan əlavə 30 nəfər müraciət etsə də, say tamamlandığından onların müraciətləri qəbul edilməyib: “Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır. Heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub”. Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də…
Daha çoxADY-də yeni sədr müavini təyin edilib
Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib. Bu barədə SİA-ya ADY-dən məlumat verilib. “Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib”, – ADY-dən bildirilib. N. Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə…
Daha çoxİrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub – YENİLƏNİB
Daha çox“Prezidentin ona verdiyi dəstək strateji əhəmiyyətlidir”
“Qeyri-rəsmi türk zirvəsinin, bəlkə də, ən əlamətdar xüsusiyyətlərindən biri dövlət başçılarının bir-birinə hər zamankı kimi etdikləri səmimi jestlərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən Macarıstanın Baş naziri ilə Azərbaycan Prezidentinin münasibətlərində nüanslara xüsusi diqqət etməyə gərək var: “Ən əhəmiyyətli cəhət isə şəxsi ünsiyyətlərdə dövlətlərin apardığı siyasətin digər müttəfiq ölkə başçıları tərəfindən səmimiyyətlə qarşılanması və dəstəklənməsidir. Azərbaycan Prezidentinin Macarıstan Baş nazirinin siyasəti ilə bağlı dediyi sözlər həm müttəfiqlik münasibətləri çərçivəsində təəssübkeş yanaşmadır, həm Macarıstanı hazırkı siyasi kursda daha qətiyyətli olmağa həvəsləndirmək üslubudur. Eyni…
Daha çoxErmənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub
Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən ermənilərin dini mərkəzinin yeganə məqsədi “Böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında deyib. O qeyd edib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır: “Qarabağımızda Artsax Yeparxiyası, Naxçıvanımızın adı ilə Rusiyada Novo-Naxçivan Yeparxiyası təsis etmişlər. . Min cür…
Daha çoxBakı metrosunda pik saatlarda interval azaldılıb
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olub. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb. Metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur. Hazırda Bakı metropoliteni iş günlərində orta…
Daha çoxTəhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda “Texniki təhlükəsizlik haqqında” qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir. Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və…
Daha çoxQurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq. Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.
Daha çox