Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb. SİA xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.
Daha çoxDay: May 22, 2025
Nümayəndə heyətimiz Panamada İqlim Həftəsində iştirak edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində və bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksəksəviyyəli plenar iclasda iştirak edib. SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, mayın 21-də baş tutan yüksəksəviyyəli plenar iclasda Y.Rəfiyev Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər…
Daha çoxTürkiyə Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir…
Qərbi Azərbaycan məsələsində… Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans vacib keçid prosesi mahiyyətində idi. Bu istiqamətdə növbəti böyük konfransın oktyabrda Belçikada keçirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu fikri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib. Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir.…
Daha çoxZelenski Rusiyanın Kurskdakı itkilərini açıqladı
Rusiya ordusu avqustda Kursk əməliyyatı başlayandan ciddi itkilər verib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə bildirib. Ukrayna lideri orada rusların 63 mindən çox ölü və yaralısı olduğunu bildirib. Zelenski hazırda cəhbədə ən qaynar nöqtənin Donetsk vilayətində, xüsusən də Pokrovsk istiqamətində olduğunu qeyd edib.
Daha çoxTDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib
Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib. SİA xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər: “Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”. Baş katib onu da bildirib ki,…
Daha çox“Azərbaycana dəymiş zərər ödənilməlidir”
“Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Qarşılıqlı əlaqələri var, ortaq tarixləri mövcuddur. 2022-ci ildə Rusiya-Azərbaycan arasında birgə fəaliyyət haqqında sənəd imzalanıb. Rusiya və Azərbaycan arasında ortaq tarixə əsaslanan münasibətlər formalaşır. Bu münasibətlərdən irəli gələn dövlətlərin öhdəlikləri mövcuddur. Dövlətlər bir-birinə qarşı münasibətdə suveren hüquqları nəzərə alaraq davranmalıdırlar və münasibətləri qoruyub saxlamalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində hər zaman müttəfiqlik münasibətlərinə uyğun siyasət həyata keçirilir. Bu baxımdan Rusiyadan da Azərbaycana qarşı münasibətdə eyni gözləntilər mövcuddur: “Məlumdur ki, Azərbaycanın mülki hava təyyarəsi Rusiya ərazisində kənar müdaxilə…
Daha çoxRuslar deyir ki, guya…“Rusiya heç vaxt sərxoş olmayıb..?”
Şərqi slavyanlarda alkoqol asılılığı üçün genetik risk faktorları aşkar edilib… …Rusiyalı tədqiqatçılar etanolun parçalanmasından məsul olan alkoqol dehidrogenaz 1B (ADH1B) genində modifikasiya aşkar ediblər. SİA xəbər verir ki, genotek mətbuat xidmətinin məlumatına görə, genomda bu variasiyanın olması şərqi slavyanlar, eləcə də tatarlar, aşkenazi yəhudiləri, yerli Sibir xalqları və digər etnik qruplar arasında alkoqoldan asılılıq ehtimalını 25-32 faiz azaldır. …Bexterev adına Psixiatriya və Nevrologiya NMIC-nin psixi pozğunluqların genomikası şöbəsinin müdiri Aleksandr Kibitov bildirir ki, bu, klinik məlumatlarla təsdiqlənmiş alkoqoldan asılılıq riskinin əhəmiyyətli genetik markerlərini müəyyən edən…
Daha çox“”Böyük Qayıdış” proqramı Azərbaycanın siyasi gündəliyində sadəcə sosial layihə deyil”
“Heç kimə sirr deyil ki, 2020-ci il 44 günlük Vətən müharibəsi, eyni zamanda 2023-cü il iki günlük antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib. O bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin siyasi gündəliyində xüsusi yer tutan bir mərhələyə qədəm qoydu ki, bu mərhələnin adı “Böyük Qayıdış”dır: “”Böyük Qayıdış” təkcə humanitar yaxud da, sosial-iqtisadi mərhələdən ibarət deyil. Burada həm də milli birliklə yanaşı milli təhlükəsizlik məsələsi də önəmli rol oynayır. Bu gün Qarabağ torpaqlarında iqtisadi canlanma…
Daha çoxiki dost və tərəfdaş ölkə
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun yaratdığı reallıqlar nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi tanınır. Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq…
Daha çoxAzərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib. Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini…
Daha çox