Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,1 ABŞ dolları, yaxud 0,15 % artaraq 67,27 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,37 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,12 % artaraq 65,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxDay: May 22, 2025
Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Danışıq zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;…
Daha çoxABŞ İrana yenidən sanksiyalar tətbiq edəcək
ABŞ administrasiyası İranın tikinti sektoru üçün işlənməmiş metallar, qrafit, kömür və proqram təminatı tədarükçülərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı bəyanatda bildirilir. Dövlət Departamenti belə nəticəyə gəlib ki, İranın tikinti sektoru birbaşa və ya dolayı yolla İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – Silahlı Qüvvələrin elitar bölmələri) nəzarəti altındadır. Xarici siyasət idarəsi, həmçinin İranın nüvə və hərbi proqramlarında, ballistik raketlərin hazırlanması proqramında istifadə olunan 10 strateji materialın siyahısını da dərc edib. “Bu qərarlar sayəsində ABŞ SEPAH-ın nəzarətində olan tikinti…
Daha çoxQazaxıstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub. SİA xəbər verir ki, bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir. “Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir. Səfər zamanı A.Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub. Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın…
Daha çoxHava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edib
Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş 16 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb. SİA xəbər verir ki, hücumlarla əlaqədar “Şeremetyevo” hava limanında, eləcə də təkrar olaraq “Domodedovo” və “Jukovski” hava limanlarında hava gəmilərinin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Bəzi dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir. Rusiya Müdafiə Nazirliyi həmçinin bu gün ölkənin müxtəlif regionları üzərində 34 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.
Daha çoxXəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq
Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.
Daha çoxİsrail Ordusu yeni reydlər keçirdi, 25 nəfər saxlanıldı
İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində ötən gün növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.
Daha çox"Bitkoin” bahalaşdı
“Bitkoin” bahalaşdı
Daha çoxGenişmiqyaslı əməliyyat nəticəsində üç nəfər saxlanılıb
Almaniyanın doqquz əyalətində qanunsuz miqrasiya ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, ümumilikdə 38 ünvanda aparılan axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı olan üç nəfər əsas şübhəli qismində saxlanılıb. Onlar Çin vətəndaşlarını yüksək məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla ölkəyə gətirməkdə ittiham olunurlar. Həmin şəxslərin saxta əmək müqavilələri əsasında Çin vətəndaşlarına Avropa İttifaqının “Mavi kartı”nı əldə etməyə imkan yaratdıqları və bunun müqabilində hər miqrantdan 230 min avroyadək pul tələb etdikləri bildirilir. Ümumilikdə 750-yə yaxın polis əməkdaşının cəlb olunduğu əməliyyatlar zamanı 5 milyon avrodan…
Daha çox