“Hazırda Azərbaycan şokolad bazarının təqribən 70 faizi xarici məhsullar tərəfindən tutulmuşdur. Bu xarici məhsulların əsas hissəsi Rusiya, Ukrayna və Belarus mənşəlidir. Bu ölkələrdən gətirilən məhsulların bazarda yüksək paya malik olması, yerli istehsalçılar üçün ciddi rəqabət mühiti yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan daxilində isə beşə yaxın şokolad və şokolad tərkibli konfet istehsalçısı fəaliyyət göstərir: “Bu müəssisələrin bir qismi Lənkəran və Bakı şəhərlərində yerləşir. Onların arasında ən böyük və yüksək istehsal gücünə malik olanı “Ulduz” şokolad fabriki hesab olunur. Bundan…
Daha çoxDay: May 22, 2025
Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir
Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 29-cu iclası keçirilir. SİA xəbər verir ki, iclasda üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və onların miqrasiyanın müxtəlif sahələrinə dair təcrübələri, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, iclasda MDB iştirakçısı olan dövlətlərin miqrasiya sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sənədlərinin həyata keçirilməsinin icra vəziyyəti barədə məruzələrin dinlənilməsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarların qəbulu gözlənilir. Qeyd edək ki, 8 dövlətin təmsil olunduğu MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının…
Daha çoxAzərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında birgə fəaliyyət imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdən məmnun olduq. Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirdik”, – deyə o qeyd edib.
Daha çoxQMİ fətva verəcək
QMİ fətva verəcək
Daha çoxAzərbaycan XİN İsrailə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. “Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”,-məlumatda qeyd olunub.
Daha çoxNYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,06% azalaraq 3.37 ABŞ dolları təşkil edib.
Daha çoxİrəvan qazılığının fəaliyyəti bərpa edilir
İrəvan qazılığının fəaliyyəti bərpa edilir
Daha çoxQərar verməkdə niyə çətinlik çəkirik?
“Qərar vermək hər insanın gündəlik həyatında dəfələrlə qarşılaşdığı bir prosesdir. Lakin bəzən bu proses düşündüyümüzdən daha çətin ola bilər. Psixologiyada qərar vermə çətinliyi müxtəlif səbəblərlə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “İnsanlar səhv qərar verməkdən qorxurlar. Nəticədə məsuliyyət almaqdan çəkinir və qeyri-müəyyənliyə qarşı həssas olurlar. Xüsusilə perfeksionist insanlar üçün bu qorxu daha güclü olur. Bəzən insanlar nə istədiklərini tam olaraq bilmirlər. Arzular, dəyərlər və ehtiyaclar aydın olmayanda düzgün qərar vermək də çətinləşir. Əvvəllər verdiyi qərarlardan peşman olan insan, yenidən…
Daha çoxBakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək
İyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. SİA İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq. Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə…
Daha çoxNaxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərədaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və “Şərq qapısı” qəzetinin media tərəfdaşlığı ilə keçirilən konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. SİA xəbər verir ki, Konfransda kibertəhlükəsizlik mövzusunda videoçarx nümayiş etdirilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev çıxışında diqqətə çatdırıb ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində…
Daha çox