Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş 16 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb. SİA xəbər verir ki, hücumlarla əlaqədar “Şeremetyevo” hava limanında, eləcə də təkrar olaraq “Domodedovo” və “Jukovski” hava limanlarında hava gəmilərinin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Bəzi dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir. Rusiya Müdafiə Nazirliyi həmçinin bu gün ölkənin müxtəlif regionları üzərində 34 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.
Daha çoxDay: May 22, 2025
Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq
Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda vurğulanıb.
Daha çoxİsrail Ordusu yeni reydlər keçirdi, 25 nəfər saxlanıldı
İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində ötən gün növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.
Daha çox"Bitkoin” bahalaşdı
“Bitkoin” bahalaşdı
Daha çoxGenişmiqyaslı əməliyyat nəticəsində üç nəfər saxlanılıb
Almaniyanın doqquz əyalətində qanunsuz miqrasiya ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, ümumilikdə 38 ünvanda aparılan axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı olan üç nəfər əsas şübhəli qismində saxlanılıb. Onlar Çin vətəndaşlarını yüksək məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla ölkəyə gətirməkdə ittiham olunurlar. Həmin şəxslərin saxta əmək müqavilələri əsasında Çin vətəndaşlarına Avropa İttifaqının “Mavi kartı”nı əldə etməyə imkan yaratdıqları və bunun müqabilində hər miqrantdan 230 min avroyadək pul tələb etdikləri bildirilir. Ümumilikdə 750-yə yaxın polis əməkdaşının cəlb olunduğu əməliyyatlar zamanı 5 milyon avrodan…
Daha çoxPrezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb. SİA xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.
Daha çoxNümayəndə heyətimiz Panamada İqlim Həftəsində iştirak edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində və bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksəksəviyyəli plenar iclasda iştirak edib. SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, mayın 21-də baş tutan yüksəksəviyyəli plenar iclasda Y.Rəfiyev Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər…
Daha çoxTürkiyə Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir…
Qərbi Azərbaycan məsələsində… Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans vacib keçid prosesi mahiyyətində idi. Bu istiqamətdə növbəti böyük konfransın oktyabrda Belçikada keçirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu fikri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib. Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir.…
Daha çoxZelenski Rusiyanın Kurskdakı itkilərini açıqladı
Rusiya ordusu avqustda Kursk əməliyyatı başlayandan ciddi itkilər verib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkədə bildirib. Ukrayna lideri orada rusların 63 mindən çox ölü və yaralısı olduğunu bildirib. Zelenski hazırda cəhbədə ən qaynar nöqtənin Donetsk vilayətində, xüsusən də Pokrovsk istiqamətində olduğunu qeyd edib.
Daha çoxTDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib
Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib. SİA xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər: “Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”. Baş katib onu da bildirib ki,…
Daha çox