Bu həftə sonu İsveçdə Quran yenə yandırılacaq..?


…İsveçin cənubundakı Yençepinq şəhərinin polisi bu həftə Quran yandırılması tədbirinin keçirilməsinə icazə verib.

SİA-nın məlumatına görə, bu barədə TASS İsveçin “Yençepinq-Posten” qəzetinə istinadən xəbər verir.

…Biz bütün riskləri qiymətləndiririk və təhlükəsizliyi təmin etmək üçün resursları ayırırıq. O zaman söz azadlığı etibarlı şəkildə qorunacaq. Əgər hadisə yerində cinayət sayıla biləcək nəsə baş verərsə, əlbəttə ki, biz protokol tərtib edəcəyik.

Bunu Yençepinq polisinin rəisi vəzifəsini icra edən Maria Viberq bildirib.

Onun dediyinə görə, İslamofobik aksiya keçirmək üçün ərizə fərdi şəxsdən daxil olub.

Qeyd edək ki, İsveçdə çoxsaylı Quran yandırma hadisələri onun İslam dünyası və ilk növbədə uzun müddət İsveçin NATO-ya üzv olmasına razılıq verməyən Türkiyə ilə münasibətlərində fəsadlara səbəb olub.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər