…Avropa İttifaqı bu gün, mayın 20-də Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlamağa başlayacaq.
SİA-nın məlumatına görə, RBC-Ukrayna İndependent-ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris deyib.
Onun sözlərinə görə, bu gün Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul edən Avropa İttifaqı həmin gün 18-ci paket üzərində işə başlamalıdır.
Avropa İttifaqının bu yaxınlarda elan etdiyi 17-ci paket, Moskvanın xam neft tədarükü ilə bağlı sanksiyalardan yayınmasına kömək etməkdə günahlandırılan Rusiyanın kölgə donanmasının 200-ə yaxın gəmisini hədəfləyir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyaya qarşı daha sərt sanksiyalarla 18-ci paketin hazırlandığını açıqlayıb.
…Atəşkəs əldə etmək üçün Rusiyaya təzyiqi artırmağın vaxtı çatıb”,-deyə o vurğulayıb.
Əli Babayev