Qırmızı dənizdə itkin düşən turistlərin taleyi məlum olub…


Qırmızı dənizdə batan turist yaxtasının itkin düşən bütün sərnişinləri ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Misir rəsmiləri məlumat yayıb.

Ötən ilin noyabrında Marsa Aləm sahillərində Sea Story gəmisinin batmasından sonra 7 nəfərin itkin düşdüyü bildirilirdi.

Rəsmilər yaxtanın güclü dalğalara məruz qalmasından sonra Britaniya, Polşa və Almaniyadan olan xarici turistlərin, eləcə də iki Misir vətəndaşının xilas edilmədiyini bildirmişdi.

Qeyd olunur ki, Misir vətəndaşına məxsus olan 34 metrlik gəmi daha əvvəl Dəniz Təhlükəsizliyi İdarəsi tərəfindən yoxlamadan keçib və heç bir texniki problemi olmayıb. Fəlakət pis hava şəraiti səbəbindən baş verib: külək Sataia rifi yaxınlığında dalğıc ekskursiyası zamanı güclənib.

Bunu “The Independent” yazır.

…Ümumilikdə Sea Story-nin göyərtəsində 31 turist və 13 ekipaj üzvü olub. Hadisədən dərhal sonra 4 cəsəd xilasedicilər tərəfindən tapılıb, 33 nəfər isə xilas edilib.

Yaxtada olan daha 11 sərnişinin axtarışları davam etdirilib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər