Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mayın 20-də Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib. SİA xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik S.Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini…
Daha çoxDay: May 20, 2025
Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr
Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. SİA xəbər verir ki, Türkiyənin dörd bir yanı əsl cənnəti xatırladır. Türkiyənin gizli cənnəti deyəndə çoxlarının ağlına müxtəlif turistik məkanlar gəlir. Amma bu yazımızda çoxları üçün kəşf edilməmiş Türkiyənin ən gözəl yeri sayılan yerləri sizə təqdim edəcəyik… 1.Narlıgöl Aksaray Aksarayın Niğde ilə sərhəddində yerləşən, Acıgöl kimi də tanınan Narlıgöl Türkiyənin gizli cənnətləri arasındadır. Onun kalsium, natrium və bikarbonatla zəngin şəfalı suyunun müxtəlif xəstəliklərə xeyirli olduğu deyilir. İllər keçdikcə suyun səviyyəsinin azalması ilə ürək şəklini alan…
Daha çoxCərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək
Bir sıra inzibati xətalara görə cərimələrin ödənilməsinə güzəştlər təklif olunur. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal…
Daha çoxAzərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Hesablama Palatası ilə Albaniyanın Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, sənəd palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Albaniyanın paytaxtı Tiranaya səfəri çərçivəsində imzalanıb. Səfər Albaniya Ali Audit Orqanının (AAO) yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak məqsədi daşıyır. Tədbir çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Albaniya AAO-nun rəhbəri Arben Şehu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Arben Şehu hər iki qurum arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İmzalanan Anlaşma Memorandumu data analitikası, institusional potensialın…
Daha çoxQərarlara nəzarət üçün “İCMAL” elektron informasiya sistemi yaradılır
Azərbaycanda inzibati xətalar üzrə cərimələrə və tənbeh tədbirlərinə nəzarət üçün “İCMAL” elektron informasiya sistemi yaradılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilən 45-1-ci məddəyə əsasən, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə…
Daha çoxProtokol və qərarların “İCMAL” informasiya sisteminə ötürülməsi qaydası
İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) yeni yaradılacaq “İCMAL” informasiya sisteminə ötürülmə qaydası müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal…
Daha çox“Elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır”
“Əvvəlcə elektromobillərin mənfi təsirləri ilə bağlı kifayət qədər geniş ictimai qənaət formalaşmayıb. Lakin bu sahədə bəzi problemlərin artıq müşahidə olunduğunu demək mümkündür. Xüsusilə elektromobillərin enerji tələbatının artması nəticəsində dolayı yolla ətraf mühitin çirklənməsi və digər potensial risklər diqqətdən qaçmamalıdır. Bu səbəbdən elektromobillərin mənfi cəhətlərinin də elmi müstəvidə araşdırılması və qiymətləndirilməsi vacibdir. Bununla yanaşı, istifadəçi baxımından müsbət tərəflər barədə də danışmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, elektromobillərin müsbət təsirləri kontekstində qeyd edə bilərik ki, Azərbaycan da 2030-cu ilə qədər atmosferdəki karbon…
Daha çoxƏdliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq. SİA xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarına dəyişiklik təklif olunur. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək. Qüvvədə olan qanunvericiliyə görə isə müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.
Daha çoxYeni yaradılacaq Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin mənbəyi müəyyənləşir
Yeni yaradılacaq Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin mənbəyi müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Dəyişikliyə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür: – icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “Icra haqqında” Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait; – cərimə…
Daha çox“Avropanın Azərbaycana çox ciddi ehtiyacı var”
“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və oradakı təmasları bir daha göstərdi ki, Avropanın Azərbaycana çox ciddi ehtiyacı var, o cümlədən də, Prezident İlham Əliyevə”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, özəlliklə də diqqət çəkən o oldu ki, Azərbaycan Prezidentinə münasibət Ermənistanın baş nazirinə münasibətdən qat-qat üstün idi: “Ümumiyyətlə, elə bir hal olmadı ki, Avropa liderləri Azərbaycan Prezidentinə yaxınlaşmasın, onunla kəlmə kəsməsin, yaxud da, onunla təmasda olmağa çalışmasın. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidentinə çox ciddi diqqət var idi.…
Daha çox