İsveçin Kralı XVI Karl Qustavdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
Daha çoxDay: May 20, 2025
Azərbaycan Prezidentinin Budapeştdə Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Budapeştdə mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub. SİA xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdirdilər.
Daha çoxAvstriya və Çexiyanın prezidentləri İlham Əliyevi təbrik ediblər
Avstriya Prezidenti Aleksander Van der Bellen və Çexiyanın Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndəriblər. SİA-nın məlumatına görə, Avstriya prezidentinin təbrikində deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə…
Daha çox20 ilin əzmi, məsuliyyəti və nəticəsi
Dövlət o vaxt güclü olur ki, ətrafında birləşən strukturlar üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, dövlətə və dövlətçiliyə öz töhfəsini verə bilir. Nəzərə alsaq ki, vətəndaş məmnunluğu da dövləti gücləndirən amillərdən biridir, bu zaman həmin qurumlar ikiqat məsuliyyət daşıyır. Bu il yaradılmasının 20 ili tamam olan Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində icra etməli olduğu vəzifələri daim böyük əzm və məsuliyyətlə həyata keçirməklə dövlətə sadiqlik nümayiş etdirmiş, yaranan və yarana biləcək təhlükələrdə vətəndaşın xilaskarı olduğunu göstərmişdir. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi…
Daha çox“Ən yaxşı kommersiya bankı 2025”
Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor” jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını…
Daha çoxİlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış edirlər
İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış edirlər
Daha çoxMərakeş Kralı Azərbaycan Prezidentini təbrik edib
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam”.
Daha çoxSabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Mayın 21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə,…
Daha çoxNaxçıvanın bir hissəsində qaz təchizatı dayandırılacaq
Naxçıvan şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA-nın məlumatın görə, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Naxçıvan şəhərinin Əliabad qəsəbəsində mayın 20-də saat 14:20-dən saat 16:20-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Daha çoxİlham Əliyevin Macarıstana səfəri başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib. SİA-nın verdiyi xəbərə əsasən, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar.
Daha çox