Bakıda məktəb və uşaq xəstəxanasının yaxınlığında yeni nəsil svetaforlar quraşdırılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt ərazisində yerləşən təhsil müəssisələri və xəstəxanaların yaxınlığında olan yollarda monitorinqlər keçirirlər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya bildirilib ki, keçirilən növbəti tədbirlər zamanı piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq, Bakının Suraxanı rayonunda 87 nömrəli tam orta məktəbin və 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının yaxınlığında yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada svetoforları və bölmələri quraşdırılıb. Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsinin Tofiq Bayram və Əli Əskərov küçələri ilə kəsişməsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 16 piyada svetoforu və bölməsinin…

Daha çox

Babəkin bir sıra kəndlərində sabah qaz olmayacaq

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA-nın yerli bürosunun məlumatına görə, 76 mm və 89 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində qaz təchizatı mayın 21-idə saat 09:00-dan etibarən müvəqqəti dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Daha çox

Zəhərli ilanları necə tanıyaq?

Amerika Birləşmiş Ştatlarının bir ucundan o biri ucunadək, zəhərli ilanlar müxtəlif yaşayış mühitlərində mövcuddur. Bu ilanlar adətən tək yaşayırlar, lakin bəzən sizin mülkünüzə və ya evinizə daxil ola bilərlər ki, bu da siz və ailəniz üçün ciddi təhlükə yarada bilər. Zəhərli ilanları tanımağı öyrənmək evinizi təhlükəsiz saxlamağa kömək edə bilər. SİA mövzu ilə bağlı araşdırma aparıb. “Zəhərli” nə deməkdir? Bir çox heyvanlar zəhər (toksin) istehsal edir və bunu dişləmə və ya sancma yolu ilə digər canlılara ötürürlər. Zəhərli canlılar deyəndə ağlınıza ilk olaraq ilanlar gələ bilər, çünki bəzi ilanlar dişlədikdə…

Daha çox

Britaniya kralı İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq. Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər. Həyat yoldaşım və…

Daha çox

Böyük Britaniya Rusiyanın bu birjasına sanksiyalar tətbiq etdi

Böyük Britaniya Sankt-Peterburq Valyuta Birjasına qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Rusiya ticarət platformasına əlavə olaraq, məhdudiyyətlər Əmanətlərin Sığortalanması Agentliyinə, eləcə də Kremlə sanksiyalardan yayınmağa kömək etdiyi iddia edilən 44 maliyyə institutuna təsir göstərib. “Bu yeni sanksiyalar Rusiya iqtisadiyyatını daha da təcrid edəcək və Rusiyanın gəlir mənbələrini pozacaq”, – departament vurğulayır. Avropa ölkəsi maliyyə institutlarına qoyulan məhdudiyyətlərlə yanaşı, Rusiya nefti daşıyan 18 gəmiyə, Rusiyanın kölgə donanması üçün gəmilər almış Britaniya vətəndaşı Con Maykl Ormerod və iki Rusiya…

Daha çox

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

Azərbaycanda “Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament sərnişinlərin həyat və sağlamlığının qorunması, habelə liftlərin təyinatı və təhlükəsizliyi ilə əlaqədar istehlakçıları çaşqınlığa səbəb olan hərəkətlərin qarşısını almaq məqsədilə liftlərin təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir. Gələcəkdə Azərbaycanda liftlərin təhlükəsizliyinə dair tələbləri müəyyən…

Daha çox

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk”.

Daha çox

“Reaksiyalar tərbiyənin güzgüsüdür”

“Uşaqların tərbiyəsində ən təsirli üsullardan biri reaksiyadır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, valideyn və ya müəllim kimi verdiyimiz hər reaksiya uşağın beynində bir siqnal yaradır: “bu düzgündür” və ya “bu səhvdir”: “Amma reaksiyanın təkcə mövcudluğu yox, forma və məzmunu tərbiyənin istiqamətini müəyyənləşdirir. Zəif qiymət alan şagirdə necə reaksiya vermək lazımdır? Uşaq zəif qiymət alanda çox vaxt cəza, danlaq və ya müqayisə ilə qarşılaşır. Bu isə uşağın daxili motivasiyasını zəiflədir, qorxu və özünə inamsızlıq yaradır. Halbuki bu an uşağın ən çox dəstəyə ehtiyacı olan…

Daha çox

Rusiya-Ukrayna danışıqları və nəticə

Liderlərin İstanbulda olmaması danışıqların əhatə dairəsini daraldıb Rusiya və Ukrayna arasında birbaşa danışıqların üç ildən artıq müddətdən sonra bərpa olunması ikitərəfli münasibətlərdə böyük dəyişikliklərin başlanmasından xəbər verir. Bununla belə, əsl sıçrayış hələ çox uzaqdadır, ölkələr arasında parçalanma çox dərindir. Gözləntilərin aşağı olmasına baxmayaraq, xüsusən də Rusiya nümayəndə heyətinin tərkibinin açıqlanmasından sonra Türkiyənin potensial vasitəçi kimi qayıtması və ABŞ-ın göstərdiyi fəal siyasi və diplomatik dəstəyi nəzərə alaraq, bu yeni raund beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur. Məqalənin məqsədi danışıqların hazırkı vəziyyətinin sistematik təhlilini təqdim etmək, yaxından izlədiyimiz iştirakçı tərəflərin mövqelərini, habelə xarici…

Daha çox

AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilib

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilib. SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edib. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır. AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər…

Daha çox