Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar. SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə…

Daha çox

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir

Yaradılması təklif edilən Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik təklif edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlər: – ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə; – dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə; – ədliyyə orqanlarının…

Daha çox

“Yaşıl transformasiyasının əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri aparılacaq”

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər), iqlim dəyişiklikləri ilə mübarizə, təmiz enerji və enerji səmərəliliyinin artırılması sahələrini əhatə edir. 2016-cı ildə qüvvəyə minmiş Paris Sazişi isə bütün ölkələrin istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün birgə fəaliyyət göstərmələri öhdəliyini özündə ehtiva edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı KOSGEB KOM Mütəxəssisi Emre Gürleyik video – görüntü formatında deyib. Onun sözlərinə görə, 2019-cu…

Daha çox

Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Daha çox

İnzibati xəta haqqında qərarların elektron informasiya sisteminə daxil edilməsi qaydaları dəyişir

İnzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində məlumatlar 24 saat müddətində elektron informasiya sisteminə daxil ediləcək. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, informasiya sisteminə aşağıdakı məlumatlar əlavə ediləcək: – inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi),…

Daha çox

“Çində transsərhəd e-ticarət bazarı dinamik şəkildə inkişaf edir”

“Çin, ətrafındakı 120-dən çox şəhərlə birlikdə 165 transsərhəd e-ticarət üzrə rəqabətqabiliyyətli mərhələ müəyyən etmişdir. Bu, Çini dünyanın ən böyük transsərhəd e-ticarət mərkəzlərindən birinə çevirmişdir. Bu prosesdə Polşa kimi ölkələr də iştirak edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı CICA Biznes Şurasının Çin ofisinin direktoru, İnvestisiyaların Təşviqi Departamentinin direktoru Sheng Guofei video- görüntü formatında deyib. Onun sözlərinə görə, Çinin Ticarət Nazirliyi daxil olmaqla doqquz hökumət strukturu transsərhəd e-ticarətin təşviqinə dəstək verir: “Onlar…

Daha çox

Dövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib

Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 20 inzibati xəta ilə bağlı protokol tərtib edib. SİA xəbər verir ki, bu protokollardan 14-ü hüquqi, 6-sı isə fiziki şəxslər barədə olub. İstehlakçıların malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldadılmasına görə 13 inzibati protokol hazırlanıb. İstehlakçının hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə 2 protokol tərtib olunub. Dərman vasitəsinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdən baha qiymətə…

Daha çox

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. SİA xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma),…

Daha çox

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir. SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edir. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır. AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər…

Daha çox